Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu
Bizi izləyin

Sağlamlıq

Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu

Ayaqqabıları çıxartmaq lazım olanda məkanlara girməməyə çalışırsınızsa, bu, ayaq qoxusu probleminizin olduğuna bir işarədir. Dünyada on milyonlarla insan bu problemdən əziyyət çəkir. Ayaq qoxusunun əsas səbəbi ayaqların gün ərzində tərləməsi və bu tərin ayaqqabının içində qurumasıdır. Tər qoxusuz olur, ancaq tərləmə bəzi bakteriyalar üçün əlverişli şərait yaradır və ayaq iyi bu bakteriyalar səbəbindən yaranır. Bakteriya adını eşidəndə təlaş keçirməyin. Çünki bu bakteriyalar dəri üzərində hər zaman və hər kəsdə olur. Asan tərləyən bədən quruluşunuz varsa, tərə bağlı olaraq yaranan bu bakteriyalardan daha çox istehsal edirsiniz. Yəni, əslində ayaq qoxusundan xilas olmaq bu bakteriyaların çoxalmasına səbəb olan şəraiti aradan qaldırmaqla mümkündür. Bəs, bunun üçün nələr edilməlidir?

Ayaq qoxusunun qarşısı almaq üçün ayaqqabı və corab seçimi

Keyfiyyətsiz corabın üzərinə heç hava keçirməyən ayaqqabı geyinsəniz, onsuz da çox tərləyən ayaqlarınızı çox pis vəziyyətdə qoymuş olarsınız. Bu səbəblə polyester və neylondan istehsal olunan corablardan uzaq durun. Corab alarkən etiketin üzərində nə qədər polyester və ya neylon birləşdirildiyinə baxın. Pambıqlı corabların nəfəs alma xüsusiyyəti olduğu üçün həm dərini rahat saxlayır, həm də gün ərzində tərləməni azaldır.

Ayaq qoxusunu azaltmaq üçün seçdiyiniz ayaqqabılara da diqqət etməlisiniz. Hər kəsin işə səndəllə və ya pambıq parçadan düzəldilmiş incə ayaqqabılarla getməsi mümkün deyil, ancaq sintetik ayaqqabılar yerinə əsl dəri kimi təbii materiallardan hazırlanan ayaqqabılar geyinərək ayaq qoxusundan xilas ola bilərsiniz.

Evə gələrkən ayaqqabılarınızın havasını mütləq dəyişin. Lakin ayaqqabını çıxardığınız yerdə qoymaq düzgün deyil. Balkona və ya pəncərə kənarına qoyaraq havasını yaxşıca dəyişin.

Ayaqqabı və corabla bağlı son xəbərdarlıq corab istifadəsi mövzusunda olacaq. Ayaqlarınız həddindən artıq tərləyirsə, ayaqqabılarınızı yay-qış mütləq corabla geyin. Əgər corab geyinməsəniz, ayaqlarınız daha çox tərləyir və bu tər arada heç bir maneə olmadığı üçün birbaşa ayaqqabıya keçər. Bir müddət sonra ayaqqabı içində quruyan tərin nəticəsində yaranan bakteriyalar ayaqqabının özünün iy verməsinə səbəb olur. Ayaqqabıdan bir dəfə pis iyi gəlsə, ayaqqabını çıxardığınız anda ayaqlarınızı nə qədər təmiz saxlasanız da, qoxu yenə də gələcək. Qoxunun getməsi üçün ayaqqabıları yumaq lazım gələcək.

Ayaq qoxusunu aradan qaldıran təbii üsullar

Ayaq qoxusunu yüngülləşdirmək üçün evdə bəzi təbii vasitələrdən istifadə edə bilərsiniz. Bu üsullar hər kəs üçün eyni nəticəni verməyə bilər, ancaq sizə hansının daha yaxşı nəticə verdiyini bilmək üçün bir neçəsini sınaqdan keçirə bilərsiniz.

Karbonat: Karbonat ayaq tərinin ph-ını neytrallaşdırması sayəsində qoxulara səbəb olan bakteriyaların sayını azaldır. Ayaqlarınız sığacaq böyüklükdə ləyəni ilıq su ilə doldurun, içinə 2 çay qaşığı karbonat əlavə edin. Ayaqlarınızı suda 20 dəqiqə saxlayın. Qoxu azalana qədər 1 həftə ərzində hər axşam təkrar edin.

Lavanda yağı: Lavanda yağı qoxuya səbəb olan bakteriyaları təmizləyir, ayaqlara gözəl qoxu verir və ayaq göbələyinin qarşısını almağa yardımçı olur. Ləyəni ilıq su ilə doldurduqdan sonra içinə 10-15 damcı lavanda yağı damcıladın və ayaqlarınızı 15-20 dəqiqə bu suda saxlayın. Bir neçə gün, gündə 2 dəfə tətbiq edin.

Çay: İçində tanik turşusu olan qara çay bakteriyalara qarşı qorumanı təmin edir və ayaq dərisində olan məsamələri kiçildərək tərləməni azaldır. 2-3 ədəd paket çayı çaydanda dəmləyin sonra yarısına qədər su ilə doldurduğunuz ləyənə boşaldın və ayaqlarınızı 15-20 dəqiqə bu suda saxlayın.

Sirkə: Sirkədə olan turşu bakteriyaların yaşaması üçün uyğun mühiti tamamilə ortadan qaldırır. Ayaqlarınız sığacaq böyüklükdə ləyəni ilıq su ilə doldurduqdan sonra 2 stəkan sirkə əlavə edin və ayaqlarınızı bu ləyəndə10-15 dəqiqə saxlayın. Daha sonra sirkə qoxusunu çıxarmaq üçün ayaqlarınızı sabunla yuyun və bol su ilə yaxalayın.

Ayaq qoxusu üçün digər tədbirlər

Gün ərzində ayaqlarınızın daha az tərləməsi üçün corabının içinə kirşanı tökə bilərsiniz.

Yanınızda ehtiyat corab götürün və ayağınız çox tərləyəndə corabınızı dəyişdirin.

Ayaqqabı içində yaranan qoxunun qarşısını almaq üçün xüsusi olaraq hazırlanan ayaqqabı dezodorantından istifadə edin.

Hər gün eyni ayaqqabı geyməməyə çalışın.

Evə gələrkən ayaqlarınızı mütləq yuyun.

Xüsusən dabanlarda toplanan ölü dərilər qoxunu artıra bilər. Bu ölü dəriləri müntəzəm olaraq təmizləyin.

Mütləq pambıq corab geyinin və ya hava alan ayaqqabı modelləri alın.

Ayaqlarınızı yuduqdan sonra barmaq araları da daxil olmaq üzrə hər yerini yaxşıca silin.

Ayaqlarınızı yumağa vaxtınız yoxdursa, əllər üçün istehsal edilən gigiyenik mayelərdən (apteklərdə tapa bilərsiniz) istifadə etmək olar.

Corablarınız gündəlik olaraq dəyişdirin.

Ayaqqabılarınızı istifadə etmədiyiniz vaxtlarda içlərinə 7-8 ədəd mixək ata bilərsiniz.

Dabanlığı dəyişildirilə bilirsə, 5-6 aydan bir ayaqqabı dabanlıqlarını dəyişdirin.

İdman ayaqqabılarınızı aşağı temperaturda avtomatik paltaryuyan maşında yuya bilərsiniz.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm