Sağlamlıq
2030-cu ildə bu virusdan qorunmaq mümkün olacaq
Əsrin qorxunc epidemiyaları arasında öndə gedən AIDS 2030-cu ildə tarixə qovuşa bilər.
Belə bir qənaətlə BMT-nin tibbi ekspertləri çıxış ediblər. Alimlər bildiriblər ki, artıq AIDS-ə yoluxanların 15 milyonu bu ölümcül xəstəlikdən müalicə ala bilir. 15 il sonra isə insanlar xəstəlikdən tamamilə qorunacaq və bu get-gedə müalicə ilə ona qalib gəlmək mümkün olacaq.
Müsbət göstərici ondan ibarətdir ki, dövlətlər virusla mübarizədə xeyli sərmayə ortaya qoyub və nəticədə bu istiqamətində tibb elmində nailiyyətlər əldə olunub. Buraya müasir avadanlıq və ləvazimatların tətbiqi də daxildir. Eyni zamanda, dünya əhalisinin maariflənməsi də xəstəliyə yoluxma amilini minimuma endirib.
BMT-nin məlumatinda “Əsrin vəbası” adlanan AIDS infeksiyasından hər il 2 milyon insanın həlak olduğu və bu ölümcül xəstəliyin 15 il davam etdiyi deyilir. 2000-ci ildən bəri isə 30 milyon insan qorxunc virusa yoluxub ki, onlardan 8,5 milyonu dünyasını dəyişib. Hazırda bu rəqəm 35 faiz azalıb.
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq