Günorta yuxusunun 5 faydası
Bizi izləyin

Sağlamlıq

Günorta yuxusunun 5 faydası

Mütəxəsisslər sağlam və uzun ömürlü olmaq üçün yuxunu əvəzedilməz hesab edirlər. Dünyanın ən nüfuzlu həkimlərinin fikrincə, yetişkin insanlar da eynilə körpələr kimi günorta yuxusuna ehtiyac duyurlar. Ancaq müasir həyat şəraiti, iş rejimi və digər səbəblərdən bu yuxu ehtiyacı ödənilmir.

Alimlər günorta yuxusunun faydalarını aşağıdakı kimi sıralayıblar:

15-20 dəqiqəlik yuxu

Günortalar 15-20 dəqiqə yatsanız, bütün gün özünüzü daha gümrah hiss edəcəksiniz. Bu müddət sizə qısa görünə bilər, ancaq mütləq faydasını görəcəksiniz.

30 dəqiqəlik yuxu

Yarım saatlıq yuxu bədənin enerjisini artırır. Özünüzü daha dinc və sakit hiss etmənizə kömək edir.

45 dəqiqəlik yuxu

Bu yuxu qan təzyiqini aşağı salır. Yaddaşın güclənməsinə kömək edir. Xüsusilə, imtihanlara hazırlaşanlar mütləq günortalar 45 dəqiqə yatmalıdırlar.

60 dəqiqəlik yuxu

Aparılan araşdırmalar göstərib ki, 1 saatlıq yuxu insan orqanizminə eynilə, 1 fincan qəhvə kimi təsir göstərir.

Bu da o deməkdir ki, günorta 1 saat yatdıqda, beyin bütün prosesləri daha sürətli şəkildə həyata keçirir. Diqqət artır, yaddaş güclənir.

90 dəqiqəlik yuxu

Əslində günorta bu qədər yatmağa ehtiyac yoxdur. Mütəxəssislər 90 dəqiqəlik yuxunu sadəcə isti və ya başqa səbəblərdən gecə rahat yata bilməyənlərə və gün ərzində özlərini yorğun hiss edənlərə tövsiyə edirlər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm