• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Beyons kimi biçimli ombalara sahib olmaq üçün 3 qayda

Beyons kimi biçimli ombalara sahib olmaq üçün 3 qayda

Beyons, Ember Roz kimi məşhurlar biçimli ombaları ilə diqqət mərkəzindədirlər. İri və biçimli ombaların gündəmdə olduğunu nəzərə alan məşhurların idman müəllimi Devid Kirş mükəmməl bir omba üçün vacib olan 3 məşq hərəkətini göstərib. Həmin məşq hərəkətləri sayəsində ulduzların heyranlıqla baxdığınız bədən fiqurasına qovuşa bilərsiniz.

Publika.az Devid Kirşin məşq hərəkətləri haqqında bilməli olduğunuz bütün məlumatları təqdim edir:

“Sumo Lunge” hərəkəti və yana atılan təpiklər

“Sumo Lunge” hərəkəti adını sumo güləşindən alıb. Bu hərəkətə başlayarkən sumo güləşçilərinin ilkin pozasında durmaq lazımdır. Bədəninizin ağırlığını topuqlarınıza salın. Sağ ayağınızı yana doğru atın. Daha sonra həmin ayağınızı sinəyə doğru çəkib təpik atın. Ayağınızı təkrar sinəyə doğru çəkib hərəkətə başladığınız ilk pozaya qayıdın.

“Squat” pozasında durun və qurbağa tullanışı edin. Bu hərəkətləri hər ayaqda 10 dəfə təkrarlayın.

Hərəkətləri daha yaxşı başa düşmək üçün təqdim etdiyimiz fotolara nəzər yetirin.

Sumo-Lunge-SIde-Kick-Frog-J

“Örədəkburun” yerişi

Bu hərəkətə ad qoyanlar suda yaşayan ördəkburun adlı heyvandan ilham alıblar. Ağırlıq topunu başınızın üstünə qaldırın. Çöməlin və otaqda yeriməyə başlayın. Əgər doğru pozada dayana bilsəniz, omba bölgəsində yanğı hiss edəcəksiniz. Bu, hərəkəti doğru etdiyinizi göstərən işarətdir.

Platypus-Walks

Əyilib qalx

Bu hərəkət üçün ağırlığa ehtiyacınız var. Odur ki, əlinizə ağır daş, dəmir və s. almalı olacaqsınız. Unutmayın ki, onu yerdən qaldırarkən qarşıya baxmalı, ayaqlarınız aralı olmalıdır. Hərəkəti 20 dəfə təkrarlayın.

deadlift

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR