• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Detoks pəhrizi ilə arıqlayıb gözəlləşin

Detoks pəhrizi ilə arıqlayıb gözəlləşin

Detoks orqanizmə daxil olan bütün zəhərli maddələri təmizləyən qısa müddətli pəhrizdir. Bu qısa müddət ərzində həzm və ifrazat sistemlərinin gərgin fəaliyyətinə fasilə verilir. Beləliklə, orqan və toxumalarda yığılan zərərli maddələr bədəndən xaric edir. Detoks həm həzm sistemini yaxşılaşdırır, həm də aşağı kalorili qidalar qəbul etdiyiniz üçün artıq çəkidən xilas edir.

Detoks pəhrizi necə saxlanılır?

Detoks pəhrizləri müxtəlif cürdür. Detoks bir günlük də, bir həftəlik də, iki həftəlik də ola bilər. Detoks pəhrizi edərkən pəhrizə sadiq qalmalı, səbirli və qərarlı olmalısınız. Bu pəhrizdə əsas məqsəd həzm sistemini sakitləşdirərək bədənin bu fəaliyyətə sərf etdiyi enerjini balanslaşdırmaq, toksinləri xaric etmək, hüceyrələri yeniləmək və ən nəhayət, cavanlaşmağa yardımçı olmaqdır.

Detoks pəhrizlərinin çox çeşidli reseptləri olduğu üçün hər kəs özünə ən uyğun olan detoksu seçə bilər. Amma əvvəlcə mütləq mütəxəssislə məsləhətləşməlidir.

Detoks pəhrizinə hansı qidalar daxildir?

Bütün donmuş, ya da təzə meyvələr, təbii meyvə suları, zoğal, xurma, kişmiş, qoci kimi qurudulmuş meyvələr, gül kələmi, kahı, soğan, sarımsaq, ənginar, çuğundur, yerkökü və ya ispanaq kimi tünd yaşıl yarpaqlı tərəvəzlər, dəniz məhsulları, qara düyü, yulaf, buğda, qara çörək, əriştə, yaşıl noxud, mərci, lobya, badam, qoz, balqabaq tumu, küncüt kimi qidalar detoks pəhrizində əsas yer tutur. Zeytun və bitki yağları da detoks pəhrizi zamanı rahatlıqla işlədilə bilər.

Detoks pəhrizində yağsız və unsuz bişirilmiş xörəklər, pürelər, bitki çayları və su da əsas yer tutur. Bu qidalar xüsusilə yorğun dəriyə qısa müddət ərzində yaxşı təsir göstərir, insanı yüngülləşdirərək ruhən də özünü xoşbəxt hiss etməsini təmin edir. Bir sözlə, detoks bədəni həm təmizləyən, həm cavanlaşdıran, həm də arıqladan tilsimlərlə doludur.

Detoks reseptləri çox müxtəlif və zəngindir. Publika.az-ın sağlamlıq bölməsi onlardan birini təqdim edir:

Detoks resepti

Səhər:

Şirəçəkən maşından keçirilmiş qarışıq meyvələrlə hazırlanmış təzə meyvə suyu

Bir ədəd dilimlənmiş armud

Günorta:

Brokkoli şorbası

Az zeytun yağı və sirkəylə hazırlanmış göyərti yeməyi

Bol kəpəkli bir dilim çörək

Bir porsiya təzə meyvə

Axşam:

Buxarda bişirilmiş balqabaq

Az zeytun yağı və sirkəylə hazırlanmış salat

Bir dilim kəpəkli çörək

Yatmazdan bir neçə saat əvvəl:

Bitki çayı

Detoks zamanı həzm uzun müddətli və çətin olduğu üçün xüsusilə qırmızı ət növlərindən və heyvan mənşəli qidalardan uzaq dayanmaq lazımdır. Detoks pəhrizi ərzində tütün məmulatlarından, spirtli içkilərdən, kofein ehtiva edən içkilərdən, o cümlədən qazlı və şirin sulardan istifadə tamamilə qadağandır.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR