Valideynlərin uşaq tərbiyəsində yol verdiyi 4 böyük səhv
Bizi izləyin

Sağlamlıq

Valideynlərin uşaq tərbiyəsində yol verdiyi 4 böyük səhv

Nənələrin əsas istəyi nəyin bahasına olursa-olsun uşağı yedirtməkdir. Elə analar da uşağını kökəltməyə can atırlar. Və bunun üçün daim müxtəlif hiylələr fikirləşirlər.

Publika.az uşaqları yanlış qidalandırmanın ciddi fəsadları haqqında yazını təqdim edir:

1. Nəyin bahasına olursa-olsun yedirtmək

Bir yaşdan yuxarı olan uşaqlar üçün yemək birinci yerdə dayanmır. Bu dövrdə uşaq aclığını öldürməyi düşünmür, o, ətraf aləmi öyrənməyə çalışır. Bundan başqa, bu dövrdə uşaqlar yemək məsələsində çox seçici olurlar. Onda böyüklər kiçikləri yedirmək üçün aldatmağa çalışırlar. Valideynlər yemək istəməyən uşaqları məcburi şəkildə yedirə bilmək üçün nağıllar oxuyurlar, gülməli səslər çıxarırlar və kuklaların köməyi ilə tamaşa göstərirlər, müxtəlif personajların dili ilə onları qorxudurlar, bir sözlə, yemək saatı gələndə bütün ev əhli səfərbər olur. Analar əlində boşqab və qaşıqla uşaqların dalınca qaçırlar. Sonda, əlbəttə ki, analar öz arzusuna çatırlar.

Amma nəticədə həm yemək mədəniyyəti pozulur, həm də uşağın sağlamlığına zərər dəyir. Belə ki, körpənizin fikrini daim yayındırdığınızdan, onun orqanizmi qida qəbuluna hazırlaşmır. Nəticədə uşaq yeməyin dadını hiss etmir və həzm prosesi, o cümlədən maddələr mübadiləsi pozulur. Əgər uşaq həmişə belə qidalansa, onda bu, gələcəkdə mədə-bağırsaq sistemində müxtəlif problemlərin yaranmasına səbəb ola bilər.

Yeməyin yaxşı həzm olunması üçün iştahalı olması lazımdır, onda orqanizm də qidanı qəbul etməyə hazır olacaq. Əgər uşaq sağlam və fəaldırsa, ancaq yemək istəmirsə, onda o, sadəcə olaraq aclıq hiss etmir. Onun orqanizmi yemək tələb etsə, özü bu barədə onsuz da deyəcək. Amma əgər o, yeməkdən imtina edir və xəstə görünürsə, onda gərək həkimə müraciət edəsiniz.

2. Son tikəsinə qədər yeməlisən

Çox vaxt valideynlər tələb edirlər ki, uşaq hər şeyi son tikəsinə qədər yeməlidir. Bu zaman analar tikələrin uşağın ardınca ağladığı haqqında hekayələr uydururlar. Lakin bu yalnız uşağın iştahasını pozur. Bu, həmçinin uşaqda orqanizmin qida tələbatını və doymaq qabiliyyətini poza bilər. Beləliklə körpədə çox yemək vərdişi yarana bilər. O, yeməyi ac olduğu üçün deyil, sadəcə zövq üçün yeyəcək. Əgər uşaq boşqabda daim yemək saxlayırsa, bəlkə də ona yarım porsiya vermək lazımdır. Həmin qızıl ortanı taparaq yavaş-yavaş sayını artırmaq da olar.

3. Müxtəlif xörəklər

Adətən, uşaqlar sıyıq yemirlər, amma makaronu çox iştaha ilə yeyirlər. Sonra isə hər gün yalnız makaron hazırlamağı tələb edirlər. Ona görə də analar bir neçə yemək seçimi təklif edərək özlərini daha da çətinliyə salırlar. Beləliklə, onlar uşağı daha çox əzizləyirlər. Bunu etməyə dəyməz. Əgər uşaq ona təklif olunan yeməyi yemək istəmirsə, deməli, o, kifayət qədər acmayıb. Sadəcə uşağın acmağını gözləmək lazımdır.

4. Qonaqlıqda yemək mədəniyyəti

Böyüklər evdə uşağın xörəyi necə yeməsinə, süfrə arxasında özünü necə aparmasına, adətən, fikir vermirlər, yemək davranışını və mədəniyyətini ona öyrətmirlər. Amma uşaqla birgə harasa qonaq gedəndə süfrə arxasında özünü apara bilməyən uşaq danlamır. Uşaq başa düşmür ki, nə olar, nə olmaz... Əgər uşağın masa arxasında özünü yaxşı aparmasını istəyirsinizsə, onda ilk növbədə ona süfrə mədəniyyətini öyrədin və ona düzgün nümunə olun.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm