Yemiş tumunu qaynadıb suyunu içsəniz...
Bizi izləyin

Sağlamlıq

Yemiş tumunu qaynadıb suyunu içsəniz...

Ən dadlı yay giləmeyvələrindən biri olan yemişin inanılmaz faydaları var. Özü qədər tumu da bir çox dərdə dərman olan bu tərəvəzin tumu bədənə istilik və rütubət verir, soyuqdəyməni çıxardır.

Yemiş tumu mədə ağrılarına qarşı ən təsirli qidalardan biridir. Yeməkdən əvvəl yemiş tumu yesəniz, mədəni yumşaldaraq ağrıları azaldar.

Qaraciyər üçün də faydalı və təbii dərmandır. Yemiş tumunu qaynadıb suyunu içmək qaraciyər xəstəlikləri üçün çox faydalıdır. Sinə ağrıları, qızdırma, öskürək zamanı yemiş tumu yemək faydalıdır. Sidikqovucu təsiri olduğu üçün sidik yolu xəstəliklərindən şikayəti olanlara bol-bol yemiş yemək tövsiyə edilir.

Yemişi yanıqların üzərinə qoymaqla ağrını yüngülləşdirmək və sağalma prosesini sürətləndirmək mümkündür. Yemiş dəri gözəlliyi üçün də istifadə edilir. Belə ki, əzilib, püre halına gətirilmiş yemişin üzərinə soyuq süd əlavə edin. Daha sonra üzə çəkib 15-20 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun. Bu maskanı üzə sürtdükdə dərini nəmləndirir və onu inanılmaz dərəcədə gözəlləşdirərək təravətli görünməsini təmin edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm