Diabetə qarşı ən effektli 6 meyvə
Bizi izləyin

Sağlamlıq

Diabetə qarşı ən effektli 6 meyvə

Xalq arasında şəkər xəstəliyi kimi tanınan diabet orqanizmdə bütün orqanlara təsir edir, sıradan çıxarır və ömür boyu sürən xəstəliklərə zəmin hazırlayır. Köklük probleminin uşaqlıqdan etibarən yayılmağa başladığı günümüzdə diabet xəstələrinin sayı da sürətlə artır. Köklük və hərəkətsiz həyat tərzi diabetə gətirib çıxarır. Xəstəliyin müalicəsində ilk öncə qan şəkərinin sağlam qidalanma və məşqlər ilə nizamlanması məqsədi güdülür. Bu çərçivədə meyvələrin tərkibindəki şəkər nisbətləri və buna bağlı olaraq qiymətləndirilən qlisemik indeks dəyəri baxımından düzgün istiqamətləndirilməsi lazımdır. Qidalanma və pəhriz mütəxəssisi Oqtay Torluoğlu bəzi meyvələrin immunitetin zəiflədiyi dövrdə süfrələrdən əskik edilməməsi lazım olduğunu vurğulayır. Publika.az Türkiyə mətbuatına istinadən diyetoloq Torluoğlunun diabet xəstələri üçün immuniteti gücləndirən 6 meyvənin siyahısını təqdim edir:

Zoğal

Zoğal şəfa mənbəyi olan meyvədir. Zoğalın tərkibində həm hüceyrələri yeniləyən, həm də immun sistemimizi tənzimləyən melatonin var. Turşməzə dadından dolayı çox üstünlük verilməsə də, təzə zoğal qurusu və siropu ilə müqayisədə ən faydalısıdır. Qurusunda və siropunda şəkər nisbəti artdığı üçün ümumiyyətlə, təzəsi daha çox tövsiyə olunur. Onu salatlara və ya qatığa əlavə edərək yemək olar.

Nar

Çoxlu antioksidant komponentə malik olan nar diabetdən xərçəngə qədər bir çox xəstəliklə mübarizədə güclü döyüşçü kimi qarşımıza çıxır. Narın tərkibindəki komponentlərdən daha çox faydalanmaq üçün ağ hissəsi ilə birlikdə istehlak edilməsi lazımdır. 1 orta boy nar gündəlik C vitamini ehtiyacının yarısını ödəyir.

Darçınlı heyva

Aşağı şəkər nisbəti ilə diabet xəstələri üçün son dərəcə əlverişli meyvə olan heyvanın üstünə bir miqdar darçın səpdikdə daha çox fayda verir. Qan şəkərinin mülayimləşməsinə yardımçı olduğu kimi yüksək lif nisbəti ilə qan şəkərinin ani yüksəlməsinin qarşısını alır. Xüsusən də A və C vitamini, pektinlə zəngin meyvə kimi diqqət çəkir. Heyva bronxit, ağciyər xəstəlikləri və öskürəyin aradan qaldırılmasında da olduqca təsirlidir. Qan şəkəri yüksək müşahidə edilən şəxslər heyva suyu istehlakından çəkinməlidir.

Moruq

Qan şəkərini aşağı salan, immunitet sistemini qüvvətləndirici xüsusiyyəti olan moruq fol turşusu, A və E vitaminləri, kalium, maqnezium və dəmirlə olduqca zəngindir. Tərkibindəki antioksidantlar sayəsində zəhər atıcı xüsusiyyəti ilə diqqət çəkir. Moruq qızdırmanı azaltmaq xüsusiyyətinə malikdir. Lakin porsiya məsələsində diqqətli davranmaq, bütövlükdə 1 çay stəkanı keçməmək lazımdır.

Kivi

Aşağı qlisemik tərkibli yeməklər diabet xəstələrinin şəkər nəzarətini asanlaşdırır. O yeməklər arasında C vitamini anbarı olan kivi də var. Aşağı qlisemik indeksi, C vitamini və beta karotenlə yanaşı, kalium, kalsium, maqnezium və dəmir kimi minerallar baxımından da son dərəcə zəngindir. Kivi immunitet sistemini gücləndirir. Xəstəliklərin yaranma riskini minimuma endirir. Gündə yalnız bir ədəd yeyilən kivi insanın bir günlük A və C vitamini ehtiyacını ödəyir.

Qarağat

Antioksidantlarla zəngin olan qarağat tərkibində olan komponentlər sayəsində bədəndəki şəkəri tarazlayır, enerji sərfini dəstəkləyir. Qarağat diabet və ürək xəstəliyi ilə fəal şəkildə vuruşur. Lakin diabet xəstələri gündə 1-2 xörək qaşığını keçməməlidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm