Menstruasiya dövründə dənizə girmək olar
Bizi izləyin

Sağlamlıq

Menstruasiya dövründə dənizə girmək olar

Qadınları yay aylarında narahat edən məsələlərdən biri də məzuniyyətin menstruasiya dövrünə təsadüf etməsidir. Bəs, menstruasiya dövründə dənizə girmək olarmı?

Menstruasiya dövründə dənizdə çimməyin təhlükəli olduğunun hər hansı tibbi bir əsası yoxdur. Menstruasiyanın ilk 1-2 günündə qan sızması çox olduğu üçün dənizə girmək xoş deyil. Ancaq sağlamlıqla bağlı hər hansı problem yaratmır.

Menstruasiya dövründə dənizə tampon istifadə edərək girmək mümkündür. Bez istifadəsi isə məqsədə uyğun deyil. Ancaq tampon normalda 4-6 saat fasilələrlə dəyişdirilməli olduğu halda, tampon ilə dənizə girdikdə o, daha tez-tez dəyişdirilməlidir.

Uşaqlıq yolunda mikrobların çoxalmasının qarşısının alınması üçün dənizdən çıxdıqdan sonra yeni tampon qoyulmalıdır. Bu yolla infeksiya yaranması riskinin də qarşısını alarsınız.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm