• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bu məsləhətlər sayəsində yağlı yesəniz də, kökəlməyəcəksiniz

Bu məsləhətlər sayəsində yağlı yesəniz də, kökəlməyəcəksiniz

Hamımız bilirik ki, yağlı yeməklər sağlamlığımızı təhlükəyə atır. Çünki yağlar qan damarlarında toplanaraq qan dövranını yavaşladır. Damarlarda toplanan yağ ürək xəstəliklərinin əsas səbəblərindən biridir. Yağlı qidalar həm də, ideal çəkidə qalmağı çətinləşdirir. Yağın bu zərərlərindən xəbərdar olmağımıza baxmayaraq, etiraf etməliyik ki, yağsız yeməklər o qədər də dadlı olmur. Ona görə də, çox vaxt nəfsimizə məğlub olub yağlı yeməklər yeyirik.

Ancaq təəssüflənməyə dəyməz. Çünki Publika.az-ın təqdim etdiyi məsləhətlərə əməl edərək yağlı qidaların zərərlərini azalda, ideal çəkiyə qovuşa bilərsiniz.

Dünyaca məşhur həkim Joel K. Kahn bildirir ki, bir neçə qaydaya əməl edərək yağın orqanizmə zərər verməsinin qarşısını almaq olar. Həmin qaydalar aşağıdakılardır:

1.Əgər yağlı əti bişirərkən yandırmısınızsa, mütləq yanmış hissələri təmizləyin. Çünki yanmış yağ xərçəngə səbəb olur. Həmçinin, şəkər xəstəliyinə də gətirib çıxara bilir. Ətin yanmaması üçün bişirmədən öncə ona limon suyu və sirkə vura bilərsiniz.

2.Araşdırmalar gündə 2 qədəh qırmızı şərab içməyin yağların damarlarda toplanmasının qarşısını aldığını ortaya çıxarıb. Üzüm şirəsinin də eyni effekti verdiyi bildirilir.

3.Kaliforniya Univerisitetinin apardığı araşdırmaya görə, avokado hamburger kimi fast-food yeməklərinin orqanizmə verdiyi zərəri önləyə bilir. Belə yeməklərdən sonra avokado yeyərək sağlamlığınızı qoruya bilərsiniz.

4.Günorta yeməyindən yarım saat sonra, 30 dəqiqə sürətlə yerimək qandakı yağ miqdarının azalmasına kömək edir.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR