Klimaks dövründə dərinin qocalmasının qarşısını necə almaq olar?
Bizi izləyin

Sağlamlıq

Klimaks dövründə dərinin qocalmasının qarşısını necə almaq olar?

Klimaks dövrü yumurtalıqlarda yumurta hüceyrəsinin tükəndiyi və bu dövrdə ifraz olunan hormonların dəyişikliyə uğradığı, ən əsası isə qadınların uşaq dünyaya gətirmək şansının azalması və ya bundan tamamilə məhrum bir dövrdür. Bu dövrün emosional baxımdan da təsirləri çox olur. Psixoloji təsirləri insandan-insana fərqli olsa da, amma fizioloji təsirləri eynidir.

Bu dövrdən etibarən insan daha sağlam yaşamağa cəhd etməlidir. Bunun üçün sağlam qidalanmalı, intensiv idman etməli, yoqa kimi ruhu qidalandıran məşqlər etməli, dəriyə mütəmadi qulluq göstərməlidir. Özünəqulluğun tərkib hissəsi olaraq, sümükləri möhkəmləndirən qidalara və sinə əzələlərini yaxşılaşdıran məşqlərə üstünlük vermək lazımdır. Dərini qorumaq və qocalma prosesinin ləngitmək üçün isə dəri tipinə uyğun məhsullardan istifadə olunmalıdır.

Klimaks dövründə estrogen hormonlarının azalması dəriyə mənfi təsir edir. Xüsusilə, dərinin dermis qatında yaşayan kollagenlərin, elastik lif hasilatının və gialuron turşusunun istehsalı azalır, toxumalar isə zəifləyir. Dərinin quruması nəticəsində qırışlar dərinləşir, sallanmalar baş verir. Dərinin gəncliyini qorumaq üçün mütəxəssislər gialuron tərkibli kosmetik məhsullar istifadə etməyi tövsiyə edir. Yaxud da bu dövrün əvvəllərində gialuron turşusunun nöqtə-nöqtə dəri altına yeridilməsi təklif olunur. Bu, dəridə qırışların dərinləşməsinin qarşısını almaqda olduqca uğurlu üsuldur.

Gialuron turşusu dərini yaxşı nəmləndirən və hüceyrələrin uzun müddət nəmli qalmasına kömək edən maddədir. Bu maddə dəri altına yeridildikdə öz faydalı xüsusiyyətlərini maksimum dərəcədə dəriyə ötürürlər. Bu maddə hüceyrələrin regenerasiyasını stimullaşdırır, qırışları hamarlamağa və azaltmağa, üz ovalının tonusunu artırmağa, qocalma prosesini ləngitməyə kömək edir. Onun tərkibində olan təbii yağlar və cövhərlər dərini lazımi mikroelementlərlə qidalandırıb doydurur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm