Yaşıl mərcinin sağlamlığa təsiri
Bizi izləyin

Sağlamlıq

Yaşıl mərcinin sağlamlığa təsiri

Yaşıl mərci dünyanın ən faydalı qidalarından biri hesab edilir. Xüsusilə də vegeterianlar mərcini çox sevirlər. Çünki ətdən ala bilmədikləri bir çox vitamin və mineralları məhz mərci sayəsində ödəyirlər.

Publika.az yay-qış fərq etmədən sağlamlığının keşiyində duranlar üçün yaşıl mərcinin faydalarını araşdırıb.

1.Yaşıl mərci zülalla ən zəngin qidalardan biridir.

2.Maddələr mübadiləsini sürətləndirir.

3.Həzm zamanı normaldan daha artıq enerji sərf etməyə səbəb olduğu üçün arıqladır.

4. Yaxşı karbohidrat ehtiva edir.

5.Orqanizmi keyfiyyətli şəkərlə təmin edir.

6.Gündəlik qəbul edilən kalori miqdarını azaldır.

7.Keyfiyyətli şəkər ehtiva etdiyi üçün halsızlıq, yorğunluq hallarını aradan qaldırır.

8. Şirniyyat yemək ehtiyacını yox edir.

9.Liflə zəngindir. Buna görə də, az yesəniz belə doymağınıza səbəb olur.

10. Klimaks keçirən qadınlara faydalıdır.

11. Döş və yumurtalıq xərçəngindən qoruyur.

12. Bol miqdarda dəmir ehtiva edir. Əgər mərcidən bişirdiyiniz yeməyə və ya hazırladığınız salata limon əlavə etsəniz, orqanizminizə daxil olan dəmirdən daha yaxşı faydalanarsınız.

13. Təzyiqi aşağı salır.

14. Xolesterindən əziyyət çəkənlər üçün şəfalıdır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm