• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Xəstəliklərdən qoruyub gənc saxlayan göyərtilər

Xəstəliklərdən qoruyub gənc saxlayan göyərtilər

Müasir dövrdə onlarla təhlükəli xəstəlik, stress, əsəb ətraf mühitin çirkliliyi nəinki sağlamlığımızı təhlükəyə atır, həm də qocalma prosesini sürətləndirir. Lakin mütəxəssislər düşünür ki, müəyyən qaydalara əməl edən insanlar gənc və sağlam qala bilir. Deməli, hər şey öz əlimizdədir. Fast-foodlarla qidalanıb, hərəkətsiz həyat tərzi keçirərək öz ömrümüzü qısalda da bilərik, sağlam həyat tərzini seçib həyatın dadını çıxarda da.

Araşdırmalar göstərir ki, yaşlanmanın və müasir dövrün ən təhlükəli xəstəliyi xərçəngin qarşısını almaqda antioksidantlardan daha təsirli vasitə yoxdur. Odur ki, qida menyumuza mütləq antioksidant ehtiva edən meyvə və tərəvəzləri daxil etməliyik.

Antioksidantlarla ən zəngin qidalar göyərtilər hesab olunur. Publika.az antioksidant anbarı olan ən faydalı göyərtiləri təqdim edir:

İspanaq

Sadəcə, antioksidantlarla deyil, həm də vitamin və minerallarla zəngin olan ispanağı idmandan sonra yedikdə təsiri xüsusilə artır. Bol miqdarda lif ehtiva etdiyi üçün immunitet sistemini gücləndirir. Həzm prosesini asanlaşdırır.

Cəfəri

Qan damarlarını təmizləyib bədəni ödəm və şişkinlikdən azad edir.

Antioksidantlarla zəngin olan bu göyərti həm də antibakterial xüsusiyyətə malikdir.

Başda xərçəng olmaqla, orqanizmi bir çox xəstəlikdən müdafiə edir.

Brokkoli

Ən güclü antioksidantlarla zəngin olan brokkoli sadəcə xərçəngdən qorumur. Həm də şəkərin qanda miqdarını tənzimləyərək infarkt riskini azaldır.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR