Yüksək təzyiqdən əziyyət çəkənlər üçün çuğundur möcüzəsi
Bizi izləyin

Sağlamlıq

Yüksək təzyiqdən əziyyət çəkənlər üçün çuğundur möcüzəsi

Alimlər yüksək təzyiqə qarşı ən təsirli vasitənin qırmızı çuğundur olduğunu açıqlayıblar.

Publika.az xəbər verir ki, ingiltərəli elm adamlarının qırmızı çuğundurun tərkibindəki nitratın təzyiqi sabitləşdirdiyini bildiriblər. Onlar apardıqları araşdırma zamanı xəstələrə bir ay müddətində hər gün bir stəkan çuğundur şirəsi içirdiblər. Nəticədə xəstələrdə təzyiqin sabitləşdiyi müşahidə edilib. Araşdırmada iştirak edən yüksək təzyiqli xəstələr dərmana ehtiyac duymadan yaşamağa davam ediblər.

Tədqiqatçılar çuğunduru çiy halda yeyərək də eyni effekti əldə etməyin mümkün olduğunu bildirirlər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm