Tərləmək istəmirsinizsə, bu çaydan için!
Bizi izləyin

Sağlamlıq

Tərləmək istəmirsinizsə, bu çaydan için!

Yay aylarında tərləmək ən böyük problemə çevrilir. Xüsusilə qadınlarda üzün tərləməsi makiyajın korlanması ilə nəticələnir ki, bu da xoş olmayan görüntüyə səbəb olur. Kişilərdə isə tər köynəyə çıxır və ya qoxuya səbəb olur. Bütün bunlar sosial həyata mənfi təsir edir.

Ancaq hər problem kimi tərləməyin də çarəsi təbiətdədir. Publika.az xəbər verir ki, mütəxəssislər tərləməyin qarşısını alan ən güclü vasitənin ada çayı olduğu qənaətindədirlər. Onların fikrincə, 21 gün ərzində mütəmadi olaraq gündə 1-2 stəkan ada çayı içərək tərləməyin qarşısını almaq olar. Ancaq təsirini artırmaq üçün 2 stəkandan çox içmək olmaz. Çünki ada çayı çox içildikdə mədəyə pis təsir edir, təzyiqi qaldırır.

Qeyd edək ki, hamilə qadınlara ada çayı içmək məsləhət deyil.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm