• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Günəş kremi sonsuzluğa səbəb olur?

Günəş kremi sonsuzluğa səbəb olur?

Yay aylarının vaz keçilməzi olan günəş kremlərinin kişi sonsuzluğuna səbəb olduğu açıqlanıb. Publika.az xəbər verir ki, bu barədə Almaniya Araşdırma Mərkəzi və Danimarka Universitetinin alimləri açıqlama verib. Onların fikrincə, günəşdən qoruma faktoru olan kremlərin tərkibindəki maddələrin kişilərin sperma sayını azaltdığını və spermaların keyfiyyətini aşağı saldığını bildiriblər.

Araşdırmada iştirak edən 500 nəfərin üzərində aparılan tədqiqatlar günəş kreminin sonsuzluq riskini 30 faizə qədər artırdığını sübut edib.

Bu da onu göstərir ki, dərinizi günəşin zərərli şüalarından qorumaq istəyərkən fərqində olmadan övlad sahibi olmaq şansını azalda bilərsiniz. Mütəxəssislər paraben və 4-MBC (4-methyl benzyliden campher) adlı maddələr ehtiva edən günəş kremlərinin daha təhlükəli olduğunu bildiriblər.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR