• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ürək xəstəliklərinin qarşısını alan yay meyvəsi

Ürək xəstəliklərinin qarşısını alan yay meyvəsi

Albalı ən faydalı yay meyvələrindən biridir. Publika.az pəhriz saxlayanlaırn ən yaxşı dostu hesab edilən albalının faydalarını araşdırıb:

1.Beyinə yaxşı təsir edir

Albalının tərkibindəki maddələr beyni qüvvətləndirir. Araşdırmalar göstərib ki, davamlı olaraq albalı yeyən insanların alzaymerə yaxalanmaq riski azalır.

2. Əzələləri qoruyur

İdman zamanı əzələlərə zərər dəyə bilər. Albalı əzələləri gücləndirərək onları qoruyur. Əzələ kütləsinin artmasını təmin edir.

3. Ürək üçün faydalıdır

Albalının tərkibindəki “antosiyanin” adlı maddə ürək sağlamlığı üçün faydalıdır. Albalı qan dövranını yaxşılaşdırır. Bu meyvənin şəkər xəstəliyindən qoruduğu da elmi araşdırmalar sayəsində öz təsdiqini tapıb.

4. Yuxuya getməyə kömək edir.

Albalı yuxu rejimini qorumağa kömək edir. Melatonin hormonunun istehsalını artıran albalı hər gün 8 saatlıq dərin yuxuya getməyinizə kömək edəcək.

Axşam saat 21:00-da 1 stəkan albalı şirəsi içərək yuxusuzluq problemindən xilas ola bilərsiniz.

5. C vitamini və lif anbarı

Bir kasa albalı gündəlik C vitamini ehtiyacının yarısını təmin edir. Albalı həm də liflə zəngindir. 1 stəkan albalıda 2 qram lif var.

6. Ödəmi azaldır

Yay aylarında mütəmadi olaraq albalı yeyərək bədəninizdəki şişkinlikdən və ödəmdən xilas ola bilərsiniz.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR