İntim həyat ömrü uzadır - - FOTOLAR
Bizi izləyin

Sağlamlıq

İntim həyat ömrü uzadır - - FOTOLAR

İnsanı gümrah saxlayan 7 qayda

Ömrünüzü sağlam və gümrah yaşamaq istəyirsinizsə, bu qaydalara əməl etməlisiniz.

Publika.az insanı gümrah saxlayan 7 qaydanı təqdim edir:

Sosial olun!

Sosiallaşmaq əslində çox əhəmiyyətlidir. Çünki ətraf-mühitdən, cəmiyyətdən təcrid edilmək insan sağlamlığına ciddi zərər verir. Alimlərin hesablamalarına görə, insanlarla az ünsiyyətdə olmaq 15 siqaretin verdiyi zərərlə eynidir. Həftədə ən az bir dəfə dostlarınızla şəhərə çıxıb gəzin, söhbət edin.

Həftədə 3 dəfə seks

Seks insanı cavanlaşdırır, daha sağlam orqanizmə malik olmağınızı təmin edir. Aparılan yeni tədqiqatlara görə, həftədə 3 dəfə sekslə məşğul olmaq 12 yaş gənc görünməyinizə təsir edir.

Gündə 7 qoz

Qoz həqiqi mənada həyat cövhəridir. Bütün həkimlər bu faydalı qidanı tövsiyə edirlər. 2-3 ay ərzində gündə 3 qoz yemək köklük riskini aşağı salır. Həftədə 5 gün qoz yemək ömrünüzü 3 il uzadır.

Yatağa bir saat tez girin

7 saatdan az yatmaq infarkt və iflic riskini artırır. Bu riski azaltmaq üçün heç olmasa, gecələr bir saat daha tez yatmağa çalışın.

Gündə ən az 20 qəhqəhə atın

Qəhqəhə ilə gülmək immun sistemini gücləndirir və nə qədər qəribə səslənsə də, kalori yandırmağa kömək edir. Ən əsası isə ömrü uzadır. Tez-tez qəhqəhə ataraq gəncliyinizi və sağlamlığınızı qoruyun. Hər gün orta hesabla 20 dəfə gülmək lazımdır.

Zərərli qidalardan uzaq olun!

Sağlam qidalandıqda, orqanizminizdə hüceyrələrin yaşlanmasını ləngidən metabolizm inkişaf edir və daha gec qocalarsınız. Gənc qalmaq istəyirsinizsə, yağlı xörəklərdən və şirniyyatdan uzaq olun.

Bənövşəyi və qırmızı qidalar istehlak edin

Böyürtkən, qarağat, nar, qırmızı şərab kimi bənövşəyi tonlarda qidalardan istifadə neyronları qoruyur və beyninizə gedən qan dövranını yaxşılaşdırır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm