Mədə xərçənginin qarşısını alan tərəvəz
Bizi izləyin

Sağlamlıq

Mədə xərçənginin qarşısını alan tərəvəz

Bir çoxları badımcan yeməklərini xoşlamır. Ancaq badımcan o qədər faydalı tərəvəzdir ki, onu mütləq qida menyusuna daxil etmək lazımdır. Əgər badımcanın faydalarından xəbəriniz yoxdursa, mütləq Publika.az-ın bu yazısını oxuyun.

Badımcan A vitamini və fosfor baxımından ən zəngin tərəvəzlərdən biridir.

Badımcanın ən böyük faydası əsəbləri sakitləşdirməsidir. Sidik qovucudur. Bədəndəki ödəmin atılmasını təmin edir. Arıqlamağa kömək olur. Qanazlığını aradan qaldırır.

Yüksək xolesterinin səbəb olduğu problemləri aradan qaldırır, damarları qoruyur. Mədə xərçənginin qarşısını alır. Lif baxımından zəngin olan badımcan bağırsaqlar üçün də faydalıdır.

Sonda onu da qeyd edək ki, badımcanı qızartdıqda faydasından çox ziyanı qalır. Bu tərəvəzin dolması və kababı daha çox tövsiyə edilir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm