Sağlamlıq
Həftədə yalnız bir dəfə balıq yemək faydalıdır
Balıq ən faydalı qida məhsullarından biridir. Sağlam həyat tərzi keçirən insanların əksəriyyəti belə hesab edir və bu barədə xeyli məlumata malikdirlər. Lakin elmi işçilər müəyyən ediblər ki, balıq ətindən həddindən artıq tez-tez istifadə etmək olmaz.
“Apotheken Umschau” jurnalının səhifələrində Boston tədqiqatçılarının aşkar etdikləri faktlar dərc edilib. Məlum olub ki, bədəni yaxşı formada saxlamaq və özünü gümrah hiss etmək üçün həftədə bir dəfə balıq yemək kifayətdir.
Boston Tibb Məktəbinin mütəxəssisləri tərəfindən balığın faydalı keyfiyyətlərinin üzə çıxarılmasına dair aparılan təcrübədə 40 min kişi iştirak edib.
Alimlərin gəldiyi nəticəyə əsasən, sağlam və düzgün qidalanmaq üçün böyük miqdarda pul xərcləməyə ehtiyac yoxdur. Doğrudur, balıq ətinin tərkibindəki omeqa-3 turşusu damarın divarlarını müdafiə edir, lakin bunun üçün həftədə 1 dəfə balıq yemək kifayətdir. Jurnal alimlərin orta və daha yaşlı kişilərdə ürək-damar sistemi xəstəliklərinin
profilaktikası üçün yağlılığı yüksək olan dəniz balıqlarını yeməyin faydası barədə də fikirlərini dərc edib. Bu siyənək və ya skumbriya ola bilər.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO