Balıq yağının daha bir faydası aşkarlandı
Bizi izləyin

Sağlamlıq

Balıq yağının daha bir faydası aşkarlandı

Avstraliyalı elm adamları balıq yağının daha bir faydasını aşkarlayıblar.

Publika.az xəbər verir ki, alimlər balıq yağından istifadə edənlərin şizofreniyaya yaxalanmaq riskininin daha az olduğunu bildiriblər.

Onların apardıqları araşdırma zamanı şizofreniyanın ilk əlamətlərinin müşahidə edildiyi 13-25 yaşlı xəstələrə 3 ay müddətində balıq yağı həbləri verilib. Bu zaman xəstələrin özlərini daha normal apardıqları və vəziyyətlərinin yaxşılaşdıqları müşahidə edilib.

Şizofrenlərin qan hüceyrələrində omeqa-3 yağ turşularının miqdarının az olduğunu xatırladan elm adamları bu vəziyyətin beyin hüceyrələri üçün də keçərli ola biləcəyini vurğulayırlar. Balıq yağı beyində iltihaplanmaları azaldaraq sinir hüceyrələrini qoruyur. Beləliklə, şizofreniya əlamətləri azalır.

Araşdırmanı aparan alimlər gələcəkdə şizofreniya əlamətləri hiss olunan insanlara terapiya ilə yanaşı balıq yağı həblərinin də məsləhət görülə biləcəyini qeyd ediblər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm