• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qanda şəkərin səviyyəsini aşağı salan təbii üsul

Qanda şəkərin səviyyəsini aşağı salan təbii üsul

Qanda şəkərin miqdarını aşağı salan təbii üsul axtarırsınızsa, bu resepti mütləq sınaqdan keçirin.

Bamiyə insulinə bənzər xüsusiyyətlərə sahib olduğu üçün qanda şəkəri aşağı salmaqda çox effektlidir. Qlisemik indeksinin çox aşağı olması isə onu diabetli xəstələr üçün də uğurlu tərəvəzə çevirir.

Publika.az xəbər verir ki, 2014-cü ildə aparılan bir araşdırmaya görə, bamiyənın qabığında və çəyirdəklərində anti-diabetik və antihiperlipidemik xüsusiyyətlər aşkar olunub.

Resept:

4-5 bamiyənin başını kəsib bir neçə yerdən deşin. Onu bir gecə suyun içində saxlayın. Ertəsi gün bamiyələri çıxarın və acqarına həmin suyu için. Qanda şəkərini səviyyəsini sabit saxlamaq üçün günə belə başlaya bilərsiniz.

Lakin hər cür alternativ üsulları sınaqdan çıxarmazdan əvvəl mütləq həkimə müraciət edin.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR