Əl tərləməsinin çarəsi
Bizi izləyin

Sağlamlıq

Əl tərləməsinin çarəsi

İsti yay aylarında əl tərləməsi bəzi insanları narahat edən xoşagəlməz haldır. Müxtəlif infeksiyalar, köklük, klimaks, diabet, psixoloji xəstəliklərin səbəb ola biləcəyi bu problemdən çıxış yolu var.

Publika.az-ın sağlamlıq bölməsi daha çox qadınları narahat edən bu problemin həlli üçün asan üsul təqdim edir:

Lazım olanlar:

İsti duzlu borakslı su

Soyuq duzlu borakslı su

2 yemək qaşığı kirşan

1 yemək qaşığı quru nanə

1 limonun qabığı (sürtgəcdən keçirilmiş)

Hazırlanması:

Əllərinizi əvvəl isti, sonra soyuq borakslı suda saxlayın. Sonra bir qabda kirşan, nanə və sürtgəcdən keçirilmiş limon qabığını qarışdırıb əlinizə çəkin. Pambıqlı əlcək geyinərək 15-20 dəqiqə gözləyin. Sonra isə yuyun.

Borakslı su nədir?

Borakslı su tərkibi oksigen, natrium və bortenlə zəngin təbii mineraldır. Antiseptik, antibiotik xüsusiyyətləri sayəsində güclü təbii dezinfeksiyaedicidir. Göbələk əmələ gəlməsini qarşısını alır.

Boraks ev təmizliyində tez-tez istifadə olunan bir maddədir. Bu maddə ağardır, suyun əhəngini azaldaraq yumşalmasını təmin edir. Həzm yoluna zərər verdiyi üçün udmaq, hətta təbii mineral olmasına baxmayaraq, onu iyləmək olmaz.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm