• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ziyanlı pəhriz infarktı tezləşdirir

Ziyanlı pəhriz infarktı tezləşdirir

Ziyanlı pəhriz infarktın yaxınlaşmasını altı il tezləşdirir. ABŞ-ın Alabama Universitetinin alimləri bu qənaətə gəliblər. Onlar yaşı 45 və daha çox olan kişi və qadınların iştirakı ilə tədqiqat aparıblar.

Tədqiqatın başlanğıcında könüllülərin heç birinin ürək-damar sistemində problem olmayıb.

Amerika alimləri 2003-2007-ci illər ərzində könüllülərin orqanizmində baş verən dəyişikliklərin təhlilini aparıblar. Onları beş qrupa ayırıblar. Birinci qrup Cənub pəhrizi - qızardılmış yeməklər və şirin içkilərlə qidalanıblar. İkinci qrupdakılar yarımfabrikatlar - makaron, Meksika və Çin mətbəxlərinin yeməkləri və pitsa, üçüncü qrupdakılar əsasən meyvə-tərəvəz, dördüncü qrupdakılar çoxlu şirniyyat (şəkər, desert və şokolad), beşinci qrupdakılar pivə, şərab, likör, yaşılyarpaqlı tərəvəzlər, pomidor və ədviyyə əlavə edilmiş salatlar yeyiblər.

Alimlər müəyyən ediblər ki, düzgün qidalanan insanlarla müqayisədə qızardılmış yeməklər, yumurta, emal olunmuş ət yeyən, şirin içkilər içən insanlarda ürəklə bağlı problemlər 56 faiz daha çox müşahidə edilib. Cənub pəhrizi ürək xəstəlikləri və infarktdan ölüm riskini 6 il yaxınlaşdırıb. Risk yalnız bu pəhrizə əməl edən könüllülərdə artıb.

Qeyd edək ki, nəticələr iştirakçıların cinsiyyətindən, etnik mənsubiyyətindən və yaşadıqları yerlərdən asılı olmayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR