Yeməzdən öncə bir daha düşünün: bu qidalara görə başınız ağrıyar
Bizi izləyin

Sağlamlıq

Yeməzdən öncə bir daha düşünün: bu qidalara görə başınız ağrıyar

Bəzən səbəbsiz baş ağrıları hər birimizi narahat edir. Heç ağlımıza da gəlmir ki, bu ağrının səbəbi yediyimiz və ya içdiklərimizdir.

Araşdırmalar göstərib ki, bəzi qida və içkilər baş ağrısının birbaşa səbəbi ola bilər.

Publika.az yeməzdən və içməzdən öncə bir daha düşünməli olduğunuz qida və içkiləri təqdim edir:

Şəkər tozu və qənd

Şəkər tozu və qənd süfrəmizə gəlmədən öncə bir çox proseduradan keçirilir. Həmin proseduralar zamanı şəkərin tərkibindəki vitamin, mineral və zülallar azalır, əvəzinə insan sağlamlığı üçün təhlükəli olan kimyəvi maddələrin miqdarı artır. Nəticədə şəkər nəinki baş ağrısına, xərçəngə, miqrenə də gətirib çıxara bilir.

Alternativ olaraq qəhvəyi şəkər tozundan, ya da baldan istifadə etməyiniz məsləhətdir.

Yer fıstığı və qabaq tumu

Bəzi insanlarda baş ağrısına səbəb ola bilir. Səbəbi isə onların tərkibindəki “tyramine”dir. Ona görə də, hər iki çərəz növündən bir ovucdan artıq yeməyin.

Soya sousu

Soya sousunun tərkibində həddən artıq duz olur. Ona görə də, baş ağrısına səbəb olduğunu hiss edirsinizsə, soya sousundan istifadə etməyi tərgidin.

Zeytun

Düzdür, zeytun sağlamlıq üçün çox faydalıdır. Ancaq araşdırmalar göstərib ki, zeytun və zeytun yağı bəzi insanlarda baş ağrısına səbəb olur.

Qurudulmuş, hisə verilmiş ət məhsulları

Sağlamlıq üçün təhlükəli olmaqla yanaşı, baş ağrısına da səbəb olur. Xüsusilə, pizzalarda istifadə olunan “pepperoni” tərkibindəki yüksək miqdarda sodium və nitrat sayəsində insanın baş ağrısına çevrilir.

Çin yeməkləri və “fast-food”lar

Çin yeməklərinin tərkibində “Monosodium glutamate” adlı amin turşusu var. Bu turşu qamburger, pizza, qızardılmış toyuq və kartof kimi bütün “fast-food” yeməklərinin tərkibinə vurulur. İnsanın iştahasını açan amin turşusu şəkər xəstəliyinə, köklüyə, təzyiqin yüksəlməsinə gətirib çıxarır. Gün ərzində həddən artıq “fast-food” yemək də insanın sonradan baş ağrısına çevrilir.

Kifli pendirlər

Digər pendir növlərindən daha bahadır və sağlamlıq üçün yararlı olduğu deyilir. Ancaq bu pendirlərdən həddən artıq yemək baş ağrısına, allergiyaya, təzyiqin yüksəlməsinə səbəb ola bilər.

Süni dad verən həblər

Normal şəkər tozundan daha az kalorili olsa da, iki dəfə çox şirinlik verir. “Coca-cola”, “Fanta”, “Pepsi” kimi içkilərin tərkibinə belə süni dad verən həblər qatılır. Sağlamlığa zərərli olan bu süni dadlandırıcılar baş ağrısına səbəb olmaqla yanaşı, xərçəng riskini də artırır.

Enerji içkiləri

Enerji içkiləri başda kofein olmaqla, asılılıq yaradan bir çox maddə ehtiva edir. Tərkibində baş ağrısına səbəb olan süni dadlandırıcılar da olduğundan bütün enrji içkiləri sağlamlıq üçün təhlükəlidir.

Qırmızı şərab

Gündə bir qədəh qırmızı şərab içmək sağlamlığa faydalıdır. Ancaq həddən artıq içdikdə baş ağrısına səbəb ola bilər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm