Qaraciyəri təmizləyən ən effektli qidalar
Bizi izləyin

Sağlamlıq

Qaraciyəri təmizləyən ən effektli qidalar

Qaraciyər orqanizmdəki toksinləri özünə toplayır. Sağlam olmaq istəyirsinizsə, mütləq qaraciyərinizin yağ və toksinlərdən təmizlənməsini təmin etməlisinz. Bunun üçün də xüsusi qidalar var.

Publika.az qaraciyəri təmizləyən ən effektli qidaları təqdim edir:

Qreypfrut

Hər gün bir stəkan təbii qreyfurt şirəsi içərək qaraciyərinizi toksinlərdən və yağlardan təmizləyə bilərsiniz.

Çuğundur

Bu tərəvəz qaraciyəri təmizləməklə yanaşı, onun fəaliyyətini də yaxşılaşdırır. Çiy və ya buxarda bişmiş çuğunduru salatlara əlavə edərək yeyə bilərisiniz.

Ənginar

Çoxlu miqdarda antioksidant ehtiva edən bu tərəvəz sadəcə qaraciyər üçün deyil, bütün orqanlar üçün faydalıdır. Bu tərəvəzi qida rasionunuza mütləq əlavə edin.

Limon

Limon sadəcə qaraciyəri yox, bütün orqanizmi toksinlərdən təmizləyir. Qaraciyərin işini yaxşılaşdırır. Hər səhər 1 stəkan limonlu su için.

Sarımsaq

Qoxusunu sevmədiyimiz üçün az istifadə etdiyimiz sarımsaq qaraciyərə ən faydalı qidalardan biridir. Gündə ən az 2-3 diş çiy sarımsaq yemək lazımdır. Bir stəkan qatığa 2 diş sarımsaq, bir az doğranmış cəfəri və ya şüyüdü qarışdıraraq yeyin.

Qoz

Qoz qaraciyərdən toksinlərin atılmasını təmin edir. Tərkibi keyfiyyətli yağlarla zəngin olduğundan qaraciyəri yormur və onun işini asanlaşdırır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm