Qanazlığının çarəsi
Bizi izləyin

Sağlamlıq

Qanazlığının çarəsi

Həm quru, həm təzə halda yeyilən əncirin qida dəyəri son dərəcə yüksəkdir.

A, B, C vitaminləri baxımından zəngin olan əncirin faydalarını saymaqla bitmir.

Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, digər meyvələrlə müqayisədə əncir kalsium, maqnezium, kalium baxımından da ən zəngin meyvədir.

Yaxşı kalsium mənbəyidir. Odur ki, hamilə, əmizdirən, klimaks dövründə olan qadınlar və böyümə çağında olan uşaqlar üçün son dərəcə faydalıdır.

Yüksək miqdarda antioksidant ehtiva etməsi müntəzəm istehlak edildiyində qocalma prosesini ləngidir.

Bağırsaq və qəbizlik problemi yaşayan insanlar əncirin köməyi ilə vəziyyətini yaxşılaşdıra bilər. Belə ki, əncir bağırsağın hərəkətliliyini artıraraq qəbizliyin qarşısını alır.

Tərkibindəki pektin maddəsi həm qanda xolesterin səviyyəsinin düşməsinə müsbət təsir göstərir, həm də bağırsaqlarda olan zəhərli maddələrin atılmasını təmin edir.

Yüksək kalorili olmasına baxmayaraq, əncir bədənə enerji verir. Bu xüsusiyyətinə görə, idmançılara da əncir yemək tövsiyə olunur.

Əncir dəmir çatışmazlığı və qanazlığı olan şəxslər üçün də müalicəvi effektə malikdir.

Bütün bu faydalarına baxmayaraq, tərkibindəki karbohidrat və meyvə şəkəri yüksək olduğu üçün şəkər xəstələrinə çox yemək olmaz.

Yeri gəlmişkən qeyd edək ki, kiçik olmasına baxmayaraq enerji dəyəri yüksək olduğundan 1 kiçik əncir normal böyüklükdə 1 meyvəyə bərabər tutula bilər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm