İştahkəsən ən təsirli qidalar
Bizi izləyin

Sağlamlıq

İştahkəsən ən təsirli qidalar

Gün ərzində tez-tez acır və çox yeməyinizə baxmayaraq, özünüzü tox hiss etmirsinizsə, bu yazımızı mütləq oxuyun.

Çünki Publika.az iştahkəsən qidaları araşdırıb.

Moruq

İştahkəsən ən təsirli meyvələrdən biridir. 100 qram moruqda 9 qram lif var. Üstəlik, sadəcə 80 kaloridir. C vitamini, manqan, kaliumla zəngin olan moruq ürək xəstəliklərindən qorunmaq, iflic və infarkt riskini azaltmaq, xərçəngə qarşı mübarizə aparmaq üçün ən yaxşı vasitədir. Moruğu meyvə salatlarına əlavə edərək yeyə bilərsiniz. Həmçinin, yağsız qatıq və yulafla qarışdırıb səhər yeməklərində və ya qəlyanaltı zamanı yemək olar.

Su yosunu

Asiyada yüz illərdir ki, istifadə edilən su yosunu artıq sizin də qida menyunuzun tərkib hissəsinə çevrilməlidir. Çünki su yosunu iştahanı azaldır və arıqlamağa kömək edir. Bununla yanaşı sağlamlıq üçün çox yararlıdır. Zülal və lif anbarı olan su yosunu həzmi yavaşladır, qanda şəkərin səviyyəsini sabitləşdirir, aclıq hissini aradan qaldırır.

Fıstıq

Elə bilirsiz ki, çərəzlər insanı kökəldir? Əslində, haqlısınız, qoz, fındıq kimi çərəzlərin tərkibində həddən artıq yağ və klaori var. Çox yedikdə kökəlməyə səbəb ola bilərlər. Ancaq fıstıq onlardan tamamilə fərqlənir. Araşdırmalar göstərib ki, fıstığın tərkibindəki yağlar orqanizm üçün faydalıdır və kökəlməyə səbəb olmur. Ancaq bu qovrulmuş və duzlanmış fıstıqlar üçün keçərli deyil. Fıstığı qatıq və yulafla qarışdırıb yesəniz, daha tez effekt verər.

Paxlalı bitkilər

Mərci, noxud, paxla, lobya kimi paxlalı bitkilər lif və zülalla zəngindirlər. Ona görə də iştahı azaldır və aclıq hissini aradan qaldırırlar. “Journal of Human Nutrition and Dietetics” adlı dərgidə yayımlanan araşdırma göstərib ki, qida menyusunda lobyaya üstünlük verən kök insanlar 16 həftə ərzində 5 kiloqram arıqlayıblar. Üstəlik, onlarda xolesterinin səviyyəsi aşağı düşüb.

Başqa bir araşdırma isə göstərib ki, bir boşqab lobya və ya mərci salatı yeyənlər lifsiz qidalar yeyənlərlə müqayisədə özlərini daha tox hiss edirlər. Paxlalı bitkiləri yeməklərə, salatlara, şorbalara əlavə etmək olar.

Yumurta

“European Journal of Clinical Nutrition” adlı jurnalda nəticələri dərc olunan bir araşdırma isə sübut edib ki, səhər yeməyində eyni kaloridə olan digər qidaların əvəzinə yumurta yeyənlər gün ərzində daha az acırlar. Onlar həmişəkindən 438 kalori az qəbul edirlər. Buna rəğmən, xolesterinin səviyyəsinin qalxmaması üçün gündə bir ədəddən artıq yumurta yemək məsləhət deyil.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm