• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Orqanizmi təmizləyən italyan və fransız pəhrizi

Orqanizmi təmizləyən italyan və fransız pəhrizi

“Necə tez arıqlaya bilərəm”, - sualına cavab tapa bilmirsiniz? İdmanla məşğul olur, az yeyir və yenə də arıqlaya bilmirsinzisə, o halda fransız, İsveç və italyan pəhrizini sınaqdan keçirin.

Publika.az xəbər verir ki, səhhətində heç bir problemi olmayanlara məsləhət görülən bu pəhrizi 4 gün saxlamaq lazımdır. İstədiyiniz çəkiyə çatmaq üçün bir neçə gün fasilə verib yenidən başlaya bilərsiniz.

Pəhriz təkcə arıqlamağa kömək etmir, eyni zamanda orqanizmi şlaklardan təmizləmək üçün də effektiv üsuludur.

İtaliyan ekspress-pəhriz: 4 gündə 2 kq

İtaliyanların biçimli bədənləri və gözəl dərisi olur. Bunu da məhz ayda bir dəfə saxladıqları pəhrizə borcludurlar.

Səhər yeməyi: Təzə göyərti: reyhan, cəfəri, şüyüd, kərəviz və vəzəri salatı. Bu göyərtilərin üzərinə limon suyu sıxın və zeytun yağı əlavə edin. Duz tökmədən yeyin.

Nahar: Pendir, pomidor, zeytun və bibər salatı.

Şam yeməyi: Bir stəkan yağsız kefir, şəkərsiz və istənilən turş giləmeyvələr.

İsveç ekspress-pəhriz: 3 gündə 1 kq

İsveçlər yaşından asılı olmayaraq, həmişə gümrahdırlar. Çünki onlar zaman-zaman pendir pəhrizi saxlayırlar.

Səhər yeməyi: 150 qram bərk pendir, şirin meyvə - armud və ya alma.

Nahar: 150 qram bərk pendir, turş meyvə - portağal, qreypfrut və ya giləmeyvə.

Şam yeməyi: Şirin bir meyvə.

Fransız ekspress-pəhriz: 4 gündə 2 kq

Fransada kök adamlara nadir hallarda rast gəlinir. Bunun səbəbi nədir? Fransız gözəlləri incə qalmaq üçün pendir supu içirlər.

Səhər yeməyi, nahar və şam yeməyində pendir supu için. Ancaq çörəksiz.

Pendir supu belə hazırlanır: Qazana 1,5 litr suyu töküb qaynamağa qoyun. İçinə dəfnə yarpağı atın. Su qaynadıqdan sonra 200 qram sürtgəcdən keçirilmiş bərk pendiri suya əlavə edin. Sonra suya kub şəklində doğranmış iki böyük soğan və sürtgəcdən keçirilmiş 2 böyük kök əlavə edin. Yemək qaynayandan 10 dəqiqə sonra 200 qram nazik doğranmış qulançar tökün. Soyuduqdan sonra üzərinə qara suxarı əlavə edərək, dilimləmiş pomidor, bibər və göyərti ilə yeyin.

Gün ərzində qazsız su (2 litr) və yaşıl çay içə bilərsiniz.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR