• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Vaginal qaşıntının səbəbləri

Vaginal qaşıntının səbəbləri

Qaşınma harada olmasından asılı olmayaraq, insanın rahatlığını pozur. Vaginal qaşıntı (uşaqlıq yolunda, böyük və kiçik dodaqlar, uşaqlıq yolu giriş, klitor) bütün qadınların qarşılaşdığı ortaq problemdir.

Qaşıntı qadının yaşından asılı olmayaraq, hər dövrdə ola bilər. Səbəbləri isə yaşa görə dəyişir. Publika.az-ın sağlamlıq bölməsi bir çox qadını narahat edən bu problemin səbəbləri və həlli ilə bağlı məlumatları təqdim edir:

Göbələk infeksiyası

Vaginal qaşıntının əsas səbəbləri göbələk infeksiyasıdır. Uşaqlıq yolunda olan faydalı bakteriyalar, adətən, göbələyin qarşısını alır. Ancaq antibiotik qəbulu həmin faydalı bakteriyaların məhv olmasına səbəb olur ki, nəticədə də göbələk əmələ gəlir.

Göbələk infeksiyasının həlli

Uşaqlıq yolunda qaşınma göbələyin ilkin əlamətidir. Əgər bu əlamətlər hamiləlik dövründə baş veribsə, onda dərhal həkimə gedin. Ginekoloqlar bu kimi problemlərlə qarşılaşdığınız zaman “anti-fungal” kremlərtövsiyə edir. Ancaq unutmayın, göbələk şəkərdən qidalandığı üçün müalicə müddətində şəkərli qidalar yeməməyi təklif edirik.

Dəri problemləri

Ekzema kimi dəri problemləri də uşaqlıq yolunda qaşıntıya səbəb ola bilər.

Dəri problemlərinin həll:

Mütləq həkimə müraciət edin. Dermatoloqlar bu məsələdə sizə ən doğru yolu göstərəcəklər.

Cinsi yolla yoluxan xəstəliklər

Uşaqlıq yolunda rast gəlinən qaşınmanın səbəbi cinsi yolla yoluxan hər hansı bir xəstəlik də ola bilər. Ancaq bu xəstəliklər qaşıntıdan çox ağrıya səbəb olur. Bir neçə gündən çox davam edərsə, cinsi təmasdan çəkinin və həkimə gedin.

Klimaks dövrü

Esterogen hormonunun azalması ilə əlaqədar uşaqlıq yolu divarlarında nazikləşmə və quruma baş verir. Bu da həssaslığı artıraraq qaşıntıya səbəb ola bilər.

Əmizdirmə dövrü

Əmizdirmə dövründə də esterogen hormonlarının azalması ilə əlaqədar qaşıntı yaranar.

Kimyəvi maddələr

Kremlər, vaginal duşlar, yuyucu vasitələr, sabunlar, tualet kağızları, yumşaldıcılar da qaşıntıya səbəbi ola bilər.

Vaginal qaşıntının digər səbəbləri:

Sidik dəymiş alt paltarı nəmli qaldığı üçün qaşınma verər. Kiçik yaşlı qızlarda gigiyenik təmizliyə əməl olunmaması da infeksiya və qaşıntının səbəbidir.

Vaginal qaşıntının müalicəsi

Müalicə səbəbə görə təyin olunur. Bəzən təkrarlanan və uzunmüddətli müalicə lazım gəlir. Qaşıntını aradan qaldırmaq üçün yuxarıda da qeyd etdiyimiz kimi “antifungal” dərmanlar işlədilir. İnfeksiya varsa, ona uyğun antibiotik, müəyyən dəri xəstəlikləri üçün steroid tərkibli kremlər, klimaksla bağlı qaşıntı üçün isə esterogen tərkibli kremlər istifadə edilir.

Vaginal qaşıntını aradan qaldırmaq üçün digər tədbirlər

100 faiz pambıq alt paltarı geyinin.

Alt paltarınızı hər gün dəyişin.

Dar və sintetik paltarlar geyinməyin.

Yaş çimərlik geyimi ilə oturmayın.

Uşaqlıq yolunu hər gün yuyun.

Uşaqlıq yolunu yuyarkən ehtiyatlı davranın, kisə və sabun vurmayın.

Sabun, dezodorant və ya ətir istifadə etməyin.

Gündəlik bezi 3-4 saatdan çox istifadə etməyin.

Cinsi əlaqə ilə keçən xəstəliklərdən qorunmaq üçün kondom istifadə edin.

Vaginal dodaqlar ətrafında olan tükləri ülgüclə təraş etməyin.

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR