Sağlamlıq
Alimlərdən şok xəbərdarlıq: düyü yeməyin
Şərq mətbəxində sürfələrin şahı hesab edilən düyünün tərkibində arsen kimyəvi elementi aşkarlanıb. Bu da bilavasitə insan sağlamlığına ciddi təhlükə törədir.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla risklərin tədqiqatı üzrə Almaniya Federal İnstitutu çıxış edib. İnstitutun araşdırmasına görə, düyü məhsullarında zərərli arsen kimyəvi elementı və mineral yağlar mövcuddur. Bu isə böyüklər üçün qismən, körpə və azyaşlı uşaqların sağlamlığı üçün isə həddən-ziyadə təhlükəlidir.
Məlum olub ki, azyaşlı uşaqların inkişafında əsas rol oynayan düyü məhsullarının tərkibində düyü toxumunun özündən daha çox zəhərli maddələr yer alır. Zəhərlənmə qıc olma, qarın işləməsi yaratmaqla yanaşı, əsəb və qan-damar sisteminə də mənfi təsir göstərir.
Tədqiqatın nəticəsinə görə, arsen elementi təmiz halda və yüksək qatılıqda zəhərlidir. Misəridən zavodlar, daş kömürlə işləyən elektrik stansiyaları ətraf mühiti arsenlə çirkləndirir. Nəticədə içməli suda, torpaqda, bitkilərdə onun miqdarı artır. Bu isə öz növbəsində südün, ətin və meyvə-tərəvəzin arsenlə çirklənməsinə səbəb olur.
Bir sıra Asiya dövlətlərində düyü zəhərli qrunt suları ilə suvarılır. Ekoloji test göstərir ki, Çin və Banqladeş istehsalı olan düyü və düyü məhsulları insan orqanizmi üçün çox təhlükəlidir. Misir və Hindistan kimi ölkələrdən idxal edilən məhsullar isə qənaətbəxş hesab edilir.
İstənilən halda, düyü soyuq su ilə yaxşı yuyulmalı və bol suda qaynadılmalıdır.
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı