Sağlamlıq
Pəhrizdə ikən bu qidalardan uzaq durun!
Arıqlamaq üçün ən çox müraciət edilən üsullardan biri pəhrizdir. Pəhriz saxlamaq bir çoxumuz üçün çətin və üzücü olsa da, bu yolla qısa müddətdə arıqlamaq mümkündür. Ancaq bir şərtlə: pəhrizin qaydalarına düzgün əməl olunmalıdır. Məsələn, pəhrizdə qadağan edilmiş hər hansı bir qidaya yer versəniz, 1 həftəlik əməyiniz də hədər gedir.
Publika.az-ın sağlamlıq bölməsi pəhriz zamanı uzaq durmalı olduğunuz yeməklərlə bağlı məlumat əldə edib:
Pəhriz saxlamaqda ən böyük çətinlik şirniyyat qadağası ilə bağlıdır. Şirniyyat sevən qadınlar pəhrizi məhz bu səbəbdən tez-tez pozurlar. Hətta bu, çəkdikləri əziyyətin hədər getməsi bahasına olsa belə.
Südlü şokoladın və digər şirniyyatların tərkibində olan doymamış yağlar orqanizmdən uzun müddət atılmır və kökəlmənin ən böyük səbəblərindən biri olur.
Kalorisi yüksək olan qidalardan uzaq durmaq lazımdır. Kotlet, çipsi, kola və digərləri bu qrupda yer alır. Kartof qızartması və kotlet çox yağda qızardıldığı üçün pəhriz zamanı qəti qadağandır. Bu cür yeməkləri kola ilə içdikdə daha çox köklüyə səbəb olur.
Pəhrizlərdə, adətən, çoxlu meyvə tərəvəz yemək tövsiyə edilir. Ancaq qlisemik indeksi yüksək meyvələrdən mütləq uzaq durmağınız lazımdır. Banan, üzüm də indeksi yüksək meyvələrdəndir və həddindən artıq yemək olmaz.
Nəhayət, yağlı çərəzlər və spirtli içkilərdən də uzaq durmaq tövsiyə edilir.
Aytən
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır