Xərçəngin çarəsi eşşək arısında ola bilər
Bizi izləyin

Sağlamlıq

Xərçəngin çarəsi eşşək arısında ola bilər

Xərçəngin müalicəsində yeni ümid yaranıb.

Publika.az xəbər verir ki, alimlər yalnız Braziliyada rast gəlinən və “Polybia Paulista” adlandırılan eşşək arısı növünün xərçəngin müalicəsində böyük irəliləyiş ola biləcəyini iddia edir.

Alimlər həmin eşşək arılarının zəhərindən xərçəngə qarşı mübarizədə istifadə edə biləcəklərinə inanırlar.

San-Paulo Universitetinin professorları eşşək arısının zəhərindəki “MP1” adlı maddənin xərçəngli hüceyrələrə yapışaraq onları məhv etdiyini iddia edirlər. Mütəxəssislər araşdırmaların hələlik ilkin mərhələdə olduğunu və xərçəngin müalicəsində eşşək arısı zəhərindən istifadə etmək üçün hələ uzun müddət tədqiqatlara davam edəcəklərini açıqlayıblar.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm