Bu meyvə iflic və insult riskini azaldır
Bizi izləyin

Sağlamlıq

Bu meyvə iflic və insult riskini azaldır

Banan, xüsusilə uşaqların ən çox sevdiyi meyvədir. Onun faydalarından xəbərdar olduqdan sonra siz də bu meyvəni mətbəxinizdən əskik etməyəcəksiniz.

Publika.az bananın daha öncə heç yerdə oxumadığınız faydalarını araşdırıb:

Arıqladır

Orta uzunluqda bir banan təxminən 110 kaloridir. 30 qram karbohidrat və 3 qram lif ehtiva edir. Tərkibində 2­3 qram nişasta var. Tez həzm edilmədiyi üçün tox saxlayır. Qeyd edək ki, kal, yəni yaşıl rəngli bananda daha çox nişasta olur. Həmin xüsusiyyətlərinə görə, bananı idmandan sonra, həmçinin qəlyanaltı zamanı yemək məsləhət görülür. Ancaq gündə bir dənədən artıq yemək tövsiyə olunmur.

Qoxusu iştahanı kəsir

Araşdırmalar göstərib ki, acan adam bananı iylədikdə iştahası yanır.

İdmançıların köməkçisi

Atletlərin çoxu öz performanslarını artırmaq üçün banandan istifadə edirlər. Məsələn, Yohan Bleyk gündə 16 ədəd banan yeyir.

Mütəxəssislər bildirirlər ki, 15 dəqiqədən bir yarım ədəd banan yemək karbohidratlı idman içkisi ilə eyni effekti verir.

C vitamini anbarı

Bir ədəd banan gündəlik C vitamini ehtiyacının 15 faizini ödəyir. Əzələlər, sümüklər və dəridəki kollagen üçün vacib bir antioksidant olan C vitamini damar sağlamlığı üçün də əhəmiyyətlidir.

B6 vitamini

Gündəlik B6 vitamini ehtiyacınızın 20 faizini bananla təmin edə bilərsiniz. Hüceyrələrin yenilənməsi üçün bu vitaminin rolu əvəzedilməzdir. B6 vitamini həm də orqanizmi infeksiyalardan qoruyur.

Təzyiqi aşağı salır

Yarım ədəd banan 422 mq kalium ehtiva edir. Bu isə o deməkdir ki, yüksək təzyiqdən əziyyət çəkənlər banandan faydalana bilərlər. Çünki kalium təzyiqin sabitləşməsinə kömək edir. Araşdırmalar göstərib ki, kaliumla zəngin qidalarla bəslənən insanlarda iflic və insult riski aşağı düşür.

Qeyd edək ki, yetkin bir insanın gündə 4.700 mq kaliuma ehtiyacı var.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm