Sağlamlıq
Qara çayın faydalı və zərərli xüsusiyyətləri
Son illər yaşıl və ağ çayın məşhurlaşması, sağlamlıq üçün daha faydalı hesab edilməsi qara çay sevənlərin sayının sürətlə azalmasına səbəb oldu. Ancaq mütəxəssislər bildirirlər ki, Qədim Çin təbabətində özünə yer tapan qara çay ən az yaşıl çay qədər faydalıdır. Ondan tamamilə imtina etmək lazım deyil.
Publika.az qara çayın faydalı və zərərli xüsusiyyətlərini araşdırıb:
Antioksidant ehtiva edir
Çay antioksidant effekti verən “flavonoid” adlı maddələrlə zəngindir. Antioksidantlar sağlam hüceyrələrin ömrünü uzadır və orqanizmi ürək xəstəliklərindən, eləcə də bəzi xərçəng növlərindən mühafizə edir. Düzdür, qara çayın tərkibindəki antioksidantlar yaşıl çaydakı qədər zəngin deyil. Buna baxmayaraq, orqanizm üçün kifayət qədər faydalıdır. Qara çayın tərkibindəki antioksidantların üzə çıxması üçün çay həddən artıq qaynar su ilə dəmlənməlidir.
İngiltərədə aparılan araşdırmalar göstərib ki, yüksək temperaturda olan su ilə dəmlənən qara çayın tərkibindəki antioksidantların miqdarı ondan daha soyuq su ilə dəmlənən çaydakından on dəfə çox olur.
Çayın tərkibindəki antioksidantlardan yararlanmaq üçün iki faktora diqqət etmək lazımdır:
1. birdəfəlik istifadə üçün nəzərdə tutulan paket çaylardan istifadə etməyin
2. çaya süd əlavə etməyin.
Xərçəngə qarşı qara çay
Qara çayın xərçəng hüceyrələrini azaltdığı artıq sübut olunub. Qara çayın, xüsusilə, yumurtalıq xərçənginə yaxşı təsir etdiyi bildirilir. Həmçinin mədə, ağciyər və döş xərçəngi hüceyrələrinin inkişafının dayanmasını təmin edir.
Kofein mənbəyi
Qara çayda külli miqdarda kofein var. Ona görə də gündə 8 stəkandan artıq qara çay içmək tövsiyə edilmir. Çünki 1 stəkan çay 12 mq kofein deməkdir. İnsan gün ərzində 79 mq kofein qəbul edərsə, bu maddədən asılı hala düşə bilər.
Ancaq normal miqdarda içilən qara çay tərkibindəki kofein sayəsində diqqəti artırır, zehni açır.
Ürəyin dostu
Qara çay ürək üçün də faydalı hesab edilir. Qanın həddən artıq laxtalanmasının qarşısını alır. İnfarkt riskini azaldır.
Qara çayın digər faydaları
Şəkər xəstələrinə, infeksiyalara qarşı təsirlidir.
Dişin çürüməsinin qarşısını alır.
Qusma, ishal, baş ağrısı zamanı yaxşı təsir edir. Böyrək daşına qarşı təsirlidir.
Ləman Sultan
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər