• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ürəyi qoruyan vitamin

Ürəyi qoruyan vitamin

Hamıya məlumdur ki, idmanla məşğul olmaq sağlamlığın əsas şərtidir. Ancaq idmana vaxt ayıra bilməyənlər kifayət qədərdir. Təəssüf ki, belələri kökəlməyə meyilli olur və ürək xəstəliklərinə yaxalanırlar.

Ancaq Kolorado Universitetinin elm adamlarının araşdırmaları belələrinin də ürək xəstəliklərindən qorunmalarının mümkün olduğunu göstərib. Belə ki, alimlər mütəmadi olaraq qəbul edilən C vitamininin ürək üçün elə idman etmək qədər yararlı olduğunu müəyyənləşdiriblər. Onların qənaətinə görə, orqanizmin gündəlik C vitamini ehtiyacı təmin edilərsə, ürək xəstəliklərinə yaxalanma riski də azalar. Hətta C vitaminindən həb şəklində istifadə edən kök insanların vəziyyəti qısa zamanda yaxşılaşır. Belə ki, damarlardakı daralma aradan qalxır, qan dövranı sürətlənir.

Kolorado Universitetinin professorları araşdırmada iştirak edən 35 kök xəstəyə 3 ay boyunca gündə 500 milliqram C vitamini verib və nəticədə damar daralması probleminin aradan qalxdığını müşahidə ediblər.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR