• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dərmandan istifadə edirsinizsə, bunları yeməyin!

Dərmandan istifadə edirsinizsə, bunları yeməyin!

Bir çoxları, o cümlədən təzyiq, ürək və şəkər xəstələri mütəmadi olaraq dərman qəbul etmək məcburiyyətindədirlər. Mütəxəssislər hər gün dərman qəbul edənlərin bəzi qidalardan uzaq durmalı olduqlarını bildirirlər. Məsələn, türkiyəli həkim Özgür Şamilgil bəzi qidaların tərkibindəki maddələrin dərmanların təsirini azaltdığını, hətta zəhərlənməyə səbəb ola biləcəyini iddia edir.

Publika.az həkimin dərman içənlərin uzaq durmalı olduqları qidalarla bağlı hazırladığı siyahını təqdim edir:

Kofein

Qəhvə, çay, kola, enerji içkilərinin tərkibində külli miqdarda kofein olur. Kofein qripə qarşı dərmanlarla eyni vaxtda istifadə edildikdə əsəbiliyə, yuxusuzluğa, ürək döyüntüsünün artmasına, təzyiqin yüksəlməsinə səbəb ola bilər. Hamiləliyin qarşısını alan dərmanlar və antibiotiklər qəbul etdikdə də kofeindən uzaq durmaq məsləhətdir.

Zülalla zəngin qidalar

Zülal dərmanın təsirini azaldır. Ona görə də həddən artıq zülal qəbul etməyin.

Süd və süd məhsulları

Süd məhsulları kalsiumla zəngindir. Ona görə də həmin məhsulları tetrasklin, bəzi antibiotiklər, sümük əriməsinə, revmatizmə qarşı olan dərmanlardan 2 saat öncə və ya 6 saat sonra qəbul etmək məsləhətdir. Əks halda dərmanın bədənə sorulmasına maneə yaradar.

Qanazlığına qarşı istifadə edilən doşab, fındıq, fıstıq, qurudulmuş meyvələr, quru paxla da yuxarıda adını çəkdiyimiz dərmanlarla eyni vaxtda istifadə edilməməlidir.

Lifli qidalar

Yulaf, bütöv dənli çörək kimi liflə zəngin qidalar şəkər xəstələri üçün nəzərdə tutulan dərmanların, həmçinin zob dərmanları, pensilin, ürək-damar xəstələri zamanı yazılan dərmanlarla eyni vaxtda istifadə edilməməlidir. Əks halda dərmanların təsiri azala bilər.

C vitamini

C vitamini çatışmazlığından əziyyət çəkənlər çox vaxt onu həb şəklində qəbul edirlər. C vitamini dəmirin əmilməsini asanlaşdırır. Ancaq C vitamini qəbul etdikdən sonra süd və süd məhsullarından uzaq durmaq lazımdır. Qeyd edək ki, allergiyaya qarşı dərmanlardan istifadə edənlər həb formasındakı C vitaminlərindən uzaq durmalıdırlar. Çünki C vitamini belə dərmanların təsirini sıfra endirir.

Spirtli içkilər

Mütəmadi olaraq dərmandan istifadə edənlər qazlı və spirtli içkilərdən də uzaq durmalıdırlar. Çünki bu, qızdırma, ürəkbulanma, qusma, baş ağrısı ilə nəticələnə bilər.

Spirtli içki bir sıra dərmanların əks göstərişini artırır. Ona görə də diqqətli olmaq lazımdır.

Göyərtilər

Qanı laxtalandıran və ya duruldan dərmanlardan istifadə etdikdə göyərtini diqqətli şəkildə yemək lazımdır. Çünki dərmanların tərkibindəki maddələrlə göyərtilərin ehtiva etdikləri K vitamini bir-birinə uymur. Bu da qanın həddən artıq durulması və ya laxtalanması ilə nəticələnə bilər.

Kaliumla zəngin qidalar

Kaliumla zəngin təzyiq və sidikqovucu dərman qəbul edənlər kartof, banan, ərik, portağal yeməməlidirlər. Bu, ürək aritmiyasına səbəb ola bilər.

“Tiramin” adlı zülal ehtiva edən qidalar

Kiflənmiş pendir, kolbasa, sosis, əncir, paxla, kələm turşusu, soya sousu, toyuq və ya dana ciyəri, şərab kimi “tiramin”in bol olduğu qidaları dərmanlardan 6 saat sonra qəbul etmək olar. Əks halda təzyiqin yüksəlməsi, baş ağrısı, qusma, tərləmə və temperaturun qalxması ilə nəticələnə bilər.

Qreypfrut şirəsi

Bu meyvənin şirəsi, xüsusilə də xolesterin dərmanları ilə birlikdə içilməməlidir. Çünki qreypfrut şirəsi dərmanın bağırsaqlarda parçalanmasını gecikdirir. Nəticədə əzələ ağrıları, əzələ əriməsi baş verə bilir.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR