Məktəblilər necə qidalanmalıdırlar?
Bizi izləyin

Sağlamlıq

Məktəblilər necə qidalanmalıdırlar?

Artıq 3 gündür ki, məktəblər açılıb. Bu da uşaqlarla yanaşı, valideynlərin də məsuliyyətini artırıb. Hər bir valideyn övladının dərs materiallarını yaxşı mənimsəməsi, yaddaşının möhkəmlənməsi və ümumiyyətlə, sağlamlığına çalışır. Mütəxəssislər bildirirlər ki, valideynlər istəyinə nail olmaları üçün ilk növbədə uşaqların qidalanma rejiminə xüsusi diqqət ayırmalıdır. Çünki məktəblilərin gün ərzində qəbul etdikləri qidalar onların ümumi sağlamlığı ilə yanaşı, zəka və qavrama potensialına birbaşa təsir edir.

Türkiyəli diyetoloq Tuçə Kalaycıoğlu yaxşı qidalanmayan uşaqların dərslərinə laqeyd yanaşdıqlarını, dəcəl olduqlarını, dostları ilə ünsiyyət qurmaqda çətinlik çəkdiklərini bildirir: “Yetkinlik yaşına çatmamış uşaqların qida menüsü diqqətlə hazırlanmalıdır. Çünki onlar dəmir, zülal, kalsium, kaliumla zəngin qidalanmadıqları təqdirdə, həm əqli cəhətdən geri qalır, həm də sosial həyatda çətinliklər çəkirlər”.

Diyetoloq bildirir ki, uşaqlar səhər yeməyində mütləq süd, pendir, yumurta, axşam yeməyində isə qırmızı və ya ağ ət, bunlar olmadığı təqdirdə də zülalla zəngin paxlalı bitkilər yeməlidirlər: “İbtidai sinif şagirdlərinin məktəbə apardıqları yemək çantası da diqqətlə hazırlanmalıdır. Çantaya meyvə, süd və evdə hazırlanmış sendviç və ya şirniyyat qoymaq olar. Uşaqlara hazır qidalar yedirməyin”.

T.Kalaycıoğlu məktəblilərin gün ərzində aşağıdakı qidaları mütləq yeməli olduqlarını vurğulayır:

Ət, toyuq və ya balıq (60-90 qram)

1 ədəd yumurta

1 dilim pendir

2 stəkan süd

1 kasa qatıq

8 xörək qaşığı tərəvəz xörəyi

2-3 porsiya meyvə

4-5 dilim çörək

Siz də övladınızın təhsilinin uğurla nəticələnməsini istəyirsinizsə, onun yediklərinə və içdiklərinə xüsusi nəzarət edin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm