Bədən quruluşunuz hansı xəstəliklərə yaxalanacağınızdan xəbər verir!
Bizi izləyin

Sağlamlıq

Bədən quruluşunuz hansı xəstəliklərə yaxalanacağınızdan xəbər verir!

Bədəninizi yaxşı tanısanız, daha çox hansı xəstəliklərin sizin üçün risk təşkil etdiyini müəyyənləşdirə bilərsiniz. Bu isə sağlamlığınızı qorumaq üçün önəmlidir.

Alimlər bildirirlər ki, bədən quruluşu və orqanların ölçüləri hansı xəstəliklərə yaxalanacağınızdan xəbər verir. Belə ki, barmaqların, ayaqların və sinənin ölçüsü hansı xəstəliklərə tutula biləcəyinizi göstərir.

Publika.az alimlərin adı çəkilən həmin 3 orqanla bağlı çatdırdıqları məlumatları təqdim edir:

Uzun barmaqlar

Əgər işarə barmağınız adsız barmağınızdan qısadırsa, deməli, gələcəkdə sümük əriməsi problemi ilə üzləşə bilərsiniz. Bu əlamət xüsusilə qadınlar üçün keçərlidir. Adı çəkilən xəstəliyə yaxalanma riskiniz digər insanlardan iki dəfə çoxdur.

İri sinə

18-20 yaşlı qızın sinəsinin ölçüsü yaşıdlarından xeyli fərqlənirsə, yəni normaldan daha iridirsə, bu, şəkər xəstəliyi riskindən xəbər verir. Belə xanımların şəkər xəstəliyinə yaxalanma riski 2 dəfə çox olur.

Uzun ayaqlar

Uzun ayaqlar sağlam bir ömür sürəcəyinizdən xəbər verir. Gödək ayaqlara sahib olan kişi və qadınlar isə qara ciyərlərini qorumağa çalışmalıdırlar. Çünki araşdırmalar ayaqlarının uzunluğu 50 sm-dən 73 sm-ə qədər olan insanların qara ciyər problemlərindən əziyyət çəkdiklərini üzə çıxarıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm