35 ildən sonra 6 milyon insan öləcək – SƏBƏB
Bizi izləyin

Sağlamlıq

35 ildən sonra 6 milyon insan öləcək – SƏBƏB

35 ildən sonra bütün dünyada havanın çirkələnməsi səbəbindən hər il 6 milyondan çox insan dünyasını dəyişəcək.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 3,5 milyon insan hava çirklənməsinə görə dünyasını dəyişir. Lakin mütəxəssislər bunu heç də dəqiq rəqəm hesab etmirlər. Belə ki, əksər ekoloq və tibb işçiləri mövcud rəqəmlərin realda qat-qat yüksək olduğunu deyirlər.

Mütəxəssislər dünyanın müxtəlif yerlərində çirklənmənin fərqli olduğunu araşdırıblar. Araşdırmalar zamanı məlum olub ki, insanların vaxtsız ölümlərinə ən birinci səbəb evlərin bacasından çıxan və həyətlərdə yandırılan tullantılardır. Bunlar daha çox Çin və Hindistanda müşahidə olunur.

Araşdırmalara görə, 2010-cu ildə turşu və kanserogen maddələrin damcılarından təxminən 3,3 milyon insan dünyasını dəyişib. Lakin bu qədər insanın ölümünə səbəb avtomobillər və zavodların tüstü bacaları deyil, kamin və qızdırıcı sobalar olub. Bunların payına təxminən ölümlərin 31 faizi düşür.

Ölümlərə digər səbəb isə kənd təsərrüfatı məhsullarının atmosferdəki tullantılarla çirklənməsidir. Bunun nəticəsində 600 min insan (20%) həyatını itirib.

Ölümlərin əksəriyyəti isə inkişaf etmiş kənd təsərrüfatı olan ölkələr – Rusiya, ABŞ, Avropanın bəzi ölkələri, Türkiyənin və Yaponiyanın payına düşür.

Mütəxəssislər qeyd edirlər ki, bütün bunlarla yanaşı, müsbət dəyişikliklər də var. Belə ki, “Nature Geoscience” jurnalının yazdığına görə, Braziliyada meşələrin qırılması yanğınların sayını azaldıb və bu da ildə 400-1700 arası insan ölümünün qarşısını alıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm