Miopiya xəstəliyinin çarəsi tapıldı
Bizi izləyin

Sağlamlıq

Miopiya xəstəliyinin çarəsi tapıldı

Çin alimləri gözdə yaranan miopiya xəstəliyi ilə bağlı araşdırma aparıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlərin araşdırmasına görə, açıq havada çox oynayan uşaqlarda bu xəstəliyə yoluxma riski aşağıdır.

Çinli alimlər 3 il ərzində apardıqları araşdırmaya 12 orta məktəb şagirdini cəlb ediblər. Məktəblərin bir neçə şagirdinə 40 dəqiqə ərzində açıq havada dərs keçilib. Bir qismi isə dərslərinə sinif otağında davam edib.

Sonda uşaqların gözləri müayinə olunub. Sinifdə dərs keçən uşaqların 40 faizində, açıq havada vaxt keçirən uşaqların isə 30 faizində miopiya aşkarlanıb.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm