Cəfəri suyunun 5 faydası
Bizi izləyin

Sağlamlıq

Cəfəri suyunun 5 faydası

Cəfəri süfrəmizdən əskik etmədiyimiz göyərtilərdən biridir. Cəfərinin arıqlamağa kömək etdiyini artıq bilməyən yoxdur.

Publika.az cəfərinin sağlamlığa faydalarını araşdırıb.

Araşdırmalar sübut edir ki, cəfərinin özü kimi ondan əldə edilən şirə də orqanizm üçün əsl şəfa mənbəyidir.

1. Arıqladır

Cəfəri suyu orqanizmdən ödəmi atır, güclü sidikqovucudur. 10 gün mütəmadi olaraq cəfəri suyu içmək arıqlamağa kömək edir. 1 dəstə cəfərini qaynadıb süzərək əldə edilən su ilıqlanandan sonra içərisinə 1 çay qaşığı limon şirəsi və bir çay qaşığı bal əlavə edib səhərlər ac qarnına içmək lazımdır.

2. Saçları uzadır

Cəfəri suyu saçların sürətlə uzanmasını təmin edir. Həmçinin, saçların tökülməyinin qarşısını alır. Yarım dəstə cəfərini yarım litr suda bir burum qaynadıb süzün. Su soyuduqdan sonra içərisinə 1 stəkan üzüm sirkəsi əlavə edib qarışdırın. Bu qarışığı saçın diblərinə çəkin. 1-2 dəqiqə masaj edin. Gecə ərzində saçda qalsın, səhər oyananda saçınızı durulayın. Bu proseduranı 10 gün təkrarlayın.

3. Sızanaqları yox edir

Cəfəri suyu bakteriyaları məhv edir. Bu xüsusiyyəti sayəsində üz dərisindəki sızanaqların azalmasına kömək olur. Bunun üçün gündə iki dəfə üzünüzü cəfəri suyu ilə silməyiniz kifayətdir.

4. Böyrək daşlarını tökür

10 gün mütəmadi olaraq cəfəri suyu içərək böyrəyi daşlardan təmizləmək olar. Yarım dəstə cəfərini yarım litr suda bir burum qaynadıb süzün. Əldə etdiyiniz suyun soyumağını gözləyin. Daha sonra içərisinə 1 çay qaşığı limon şirəsi əlavə edib səhərlər acqarına için.

5. Qaraciyəri təmizləyir

Hər gün cəfəri yeyən və ya cəfəri suyu içən insanların qaraciyəri daha sağlam olur. Cəfərinin tərkibindəki maddələr qaraciyəri toksinlərdən təmizləyərək, onun işini asanlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm