Qurban ətini necə bişirməli?
Bizi izləyin

Sağlamlıq

Qurban ətini necə bişirməli?

Bayramınızı xoş əhval-ruhiyyədə keçirmək istəyirinizsə, qurban ətindən düzgün istifadə etməlisiniz. Çünki əti düzgün bişirmədiyiniz təqdirdə mədə problemləri ilə üzləşə bilərsiniz. Türkiyəli diyetoloq Şəfiqə Aydın əti yaxşı bişirməyin üsullarından danışıb.

Publika.az mövzunun aktual olduğunu düşünərək həmin məlumatları sizinlə bölüşür:

Diyetoloq bildirir ki, ətin yumşaqlığı heyvanın növündən, yaşından, əzələ və yağ toxumalarının miqdarından , heyvanın qidalanmasından asılıdır. Həmçinin, heyvanın gigiyenik şəraitdə kəsilməsi, ətin uyğun şəraitdə saxlanılması da əhəmiyyət kəsb edir: "Yaxşı qidalanmayan və çox hərəkət edən heyvanların əti bərk olur. Ətin heyvanın hansı hissəsindən əldə olunduğu da əhəmiyyət daşıyır. Yaxşı qidalanan heyvanın əti yağlı olur. Yağlı ətlər daha yumşaq və dadlı olur. Əti bütün bunları nəzər aldıqdan sonra bişirmək olar”.

Şəfiqə Aydın bildirib ki, yağlı ətləri sobada bişirmək məsləhətdir: “Yağlılığı çox olan əti sobada bişirdikdə artıq yağlar əriyib axır və beləliklə, orqanizmə daha az yağ daxil olur. Bərk əti isə üyütmək tövsiyə olunur. Daha sonra üyüdülmüş ətdən dadlı kotlet hazırlaya bilərsiniz”.

Diyetoloq ətdən kabab çəkərkən diqqətli olmağımızı tövsiyə edir: “Həm yağlı, həm də bərk ətdən kabab çəkmək olar. Kabab bişirərkən şişi tez-tez çevirin və ocağın çox gurlaşmasına imkan verməyin. Çünki bu ətin qurumasına və içinin çiy qalmasına səbəb olur. Belə ətin tərkibindəki zülallar itir”.

Diyetoloq bildirir ki, əti yağda qızartmaq təhlükəlidir: “Əti yağda qızartmaq məsləhət deyil. Buna baxmayaraq, qovurma yemək istəyirsinizsə, bir neçə qaydanı nəzərə alın. Yağdan çox az, təxminən, 1 xörək qaşığı istifadə edin. 2-3 dəqiqə sonra ət öz yağını atacaq və tavada sizin gözlədiyinizdən daha çox yağ olacaq. Yağ çox qızğın olmamalıdır. Orta dərəcədə qızardın. Elə edin ki, ət qurumasın, yumşaq olsun. Bu qaydalara riayət etsəniz, ətin içi çiy qalmayacaq. Ətin yanmasına imkan verməyin. Yanıq ət kansoregendir, yəni, xərçəngə səbəb olur. Əti qovurduqdan sonra mətbəx salfetinin üzərinə tökün. Beləliklə, ətdəki artıq yağdan xilas olacaqsınız”.

Nuş olsun! Hamınıza yaxşı bayram əhval-ruhiyyəsi arzu edirik.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm