• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Baş ağrılarının əsas səbəbi dişləriniz ola bilər!

Baş ağrılarının əsas səbəbi dişləriniz ola bilər!

Çoxlarını narahat edən şiddətli baş ağrılarının əsas səbəbi dişlərdə ola bilər.

Nervpotoloq Əməl Gökmənin sözlərinə görə, miqrenə səbəb olan amillərin 60 faizi dişlərdəki problemlərdən qaynaqlanır. Odur ki, o, bu problemi aradan qaldırmaq üçün həkimə gedib dişləri müalicə etdirməyi məsləhət görür.

Publika.az xəbər verir ki, nervpotoloq xəstələrinin çoxunu diş həkiminə yönləndirərək illərlə davam edən ağrı və çətinliklərdən xilas etdiyini deyib.

Türkiyəli nervpotoloqun sözlərinə görə, diş ağrıları üz ağrısına da təkan verir. O, “Aparılan araşdırmalar da göstərir ki, miqren və baş ağrıları çox zaman diş problemlərindən qaynaqlanır. Bəzi diş problemləri görünməyə də bilər. Ona görə də mütəmadi olaraq dişlərinizi həkimə yoxladın” – deyib.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR