Sağlamlıq
Soğanı doğrayandan sonra 30 dəqiqə ərzində yeməsəniz...
Soğan hər kəsin mətbəxində olan, yeməklərdə ən çox istifadə edilən tərəvəzlərdən biridir. Hər gün istifadə etməyimizə baxmayaraq, çoxumuzun onun faydalı xüsusiyyətlərindən xəbəri belə yoxdur. Hətta qoxusundan narahat olub ondan tamamilə imtina edənlər də var. Halbuki soğan orqanizm üçün ən faydalı tərəvəzlərdən biridir.
Publika.az soğanın faydalı cəhətlərini araşdırıb:
A, B və C vitamini baxımından zəngin olan soğan immuniteti gücləndirir, bədəni qüvvətləndirir. Zehni və fiziki yorğunluğu aradan qaldırır. Maddələr mübadiləsini sürətləndirərək gün ərzində daha çox kalori xərcləməyə kömək edir. Soyuqdəyməyə, öskürəyə yaxşı təsir edir. Mədə xəstəliklərinin qarşısını alır, qastritin yüngülləşməsinə səbəb olur.
İnfeksiyaların yoluxmasına mane olur. Xolesterinin səviyyəsini aşağı salır, yüksək təzyiqdən əziyyət çəkənlərə xeyirdir. Sidikqovucudur. Həmin xüsusiyyəti sayəsində orqanizmi toksinlərdən təmizləyir. İştahanı artırır, həzmi yaxşılaşdırır. Xərçəngə yaxalanma riskini azaldır. Şişlərin yaranmasının və inkişafının qarşısını alır. Qandakı şəkərin miqdarını tənzimlədiyi üçün şəkər xəstələrinə tövsiyə edilir. Qanı, qara ciyəri və bağırsaqları təmizləyir.
Soğanı doğradıqdan sonra ən gec 30 dəqiqə ərzində yemək lazımdır. Çünki soğan hava ilə təmas etdikdə tərkibindəki yararlı maddələr itir. Həmçinin doğrandıqdan dərhal sonra yeyilməyən soğan mədədə qaza, qıcqırmaya və ağrıya səbəb ola bilir.
Əgər qoxusuna görə soğan yeməkdən çəkinirsinizsə, onu yedikdən dərhal sonra cəfəri çeynəyin. Cəfəri soğanın qoxusunu aradan qaldıracaq.
Ləman Sultan
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!