Arı südünün faydaları
Bizi izləyin

Sağlamlıq

Arı südünün faydaları

Arı südü göz, dəri, böyrək, immunitet və bir çox problemlərin şəfa mənbəyidir.

Bu barədə Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Tibbi və ətirli bitkilər üzrə mütəxəssis Sevil Gülsoy 5-10 günlük cavan işçi arıların udlaqüstü vəzilərindən ifraz olunan maddənin quruluşunun südə bənzərliyindən arı südü adını aldığını söyləyir.

Arı südünün ciddi bir qida qaynağı olduğunu qeyd edən Sevil Gülsoy, südün tərkibində A, E, C, D və B qrupu vitaminlərinin olduğunu bildirib.

Arı südünün tərkibində olan A vitamini göz, dəri və böyrək problemlərinə müsbət təsir göstərir, eyni zamanda antioksidantdır. C vitamini zəruri olaraq almalı olduğumuz vitaminlər sırasındadır. Bu vitaminin bədəndəki toxumalara möhkəmlik verən kollagenin istehsalında böyük rolu var.

D vitamini isə kalsiumun sümüklərdə yığılmasını təmin edir. E vitamini sinir sisteminin, əzələlərin, endokrin vəzilərinin və orqanların infeksiyaları üçün vacibdir. O həmçinin dərinin elastikliyini artırır.

Arıların çalışqanlığı və zəkası ilə ortaya çıxan məhsulların hamısının bir-birindən zəngin və faydalı olduğunu vurğulayan Sevil Gülsoy, bu qədər üstün bir qida qaynağı olan arı südünün hər zaman ən qiymətli qidalar içində yer alacağını söyləyib.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm