Bu vitaminin yoxluğu da dərddir, çoxluğu da
Bizi izləyin

Sağlamlıq

Bu vitaminin yoxluğu da dərddir, çoxluğu da

K vitamini orqanizm üçün ən vaciblər siyahısındadır. Odur ki, Publika.az K vitamini haqqında ən maraqlı məlumatları təqdim edir:

K vitamini çatışmazlığı

Orqanizmdə K vitamini çatışmazlığı varsa, deməli, həyatınız təhlükədədir. Çünki bu zaman qan həddən artıq durulur və kiçik bir yaralanma böyük qan itkisi ilə nəticələnir. Diş əti qanayır, qadınlarda menstruasiya zamanı qanaxma həddən artıq güclü olur. Həmçinin, həzm sistemi problemləri müşahidə edilir.

K vitamini ehtiva edən qidalar

Əslində, K vitamini, demək olar ki, bütün qidaların tərkbində var. Ancaq miqdarı az olduğu üçün sağlam qidalanmayan, hər gün meyvə və tərəvəz yeməyən insanlarda K vitamini çatışmazlığı müşahidə edilir.

Fındıq, fıstıq, tut, kişmiş, yaşıl noxud, noxud, mərci, kələm, brokkoli, badımcan, qaraciyər, yumurta, qırmızı ət K vitamini ehtiva edən qidalardır.

Ancaq onu da qeyd edək ki, K vitamininin orqanizmdə çatışmazlığı kimi, çoxluğu da sağlamlıq problemlərinə gətirib çıxarır. Həmin vitamin orqanizmdə tələb olunandan artıq olarsa, damarlarda tıxanıqlıq, bədəndə tərləmə, sinədə ağrı müşahidə edilir. Qaraciyərin fəaliyyəti pisləşir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm