Diş ağrısını aradan qaldıran təbii vasitələr
Bizi izləyin

Sağlamlıq

Diş ağrısını aradan qaldıran təbii vasitələr

Diş ağrısı dözülməz həddə çatanda onu bəzən qəbir əzabı ilə müqayisə edirlər. Bu əzabdan yaxa qurtarmaq üçün aptekə qaçmağa ehtiyac yoxdur. Çünki diş ağrısını kəsmək üçün təbii vasitələr daha effektlidir.

Publika.az-ın sağlamlıq bölməsi diş ağrısını təbii vasitələrlə kəsən resepti təqdim edir:

Ərzaqlar:

1 çay qaşığı mixək

1 xörək qaşığı zeytun yağı

Hazırlanması:

Mixək və zeytun yağını həvəngdəstdə döyüb yaxşıca qarışdırın. Daha sonra pambıqlı çubuqla yağı ağrıyan dişin üstünə basın. Bu məqsədlə sadəcə mixək yağından da istifadə edə bilərsiniz, amma zeytun yağı ilə hazırlanan bu resept daha təsirlidir.

Dişə sürtdüyünüz yağ yavaşca diş minasına hopub sinirlərə çatacaq və beləcə ağrını sakitləşdirəcək. Mixək yağı çəkdikdən sonra dişlərdə isti və soyuğa müvəqqəti həssaslıq ola bilər.

Diş ağrısını sakitləşdirmək üçün mixək yağı müvəqqəti çıxış yoludur, ona görə də ən qısa vaxtda çürük dişlərinizi müalicə etdirin.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm