Armud pəhrizi ilə arıqlayın
Bizi izləyin

Sağlamlıq

Armud pəhrizi ilə arıqlayın

Günümüzdə arıqlamaq məqsədilə aparılan yüzlərlə pəhriz növü mövcuddur. Müxtəlif menüyə malik olan bu pəhrizlərin insan sağlamlığına zərər vermədən orqanizmin gündəlik ehtiyacı olduğu vitamin, minerallar, zülal, dəmir və s. maddələrlə zəng olmasına diqqət etmək lazımdır.

Publika.az-ın sağlamlıq bölməsi payızda arıqlamaq istəyənlər üçün armud pəhrizini təqdim edir.

Armud aşağı kalorili və lif miqdarı yüksək olan meyvədir. Az kalorili olmasına baxmayaraq, doyumlu meyvədir. Tox saxlamaq xüsusiyyəti olduğu üçün pəhriz menüsündə ən çox istifadə edilən meyvələrdəndir.

Bu meyvə pəhriz saxlayanlar üçün şəkər ehtiyacını aradan qaldırmaq məqsədilə şirniyyatlarda da istifadə edilə bilər. Bununla yanaşı, armud pəhrizi ilə 1 həftədə 4-5 kq. arıqlamaq da mümkündür. Lakin unutmaq lazım deyil ki, hər kəsin metabolizmi müxtəlif olduğu üçün hamıda eyni vaxtda eyni nəticəni verməyə bilər.

Məsələn, eyni pəhrizi saxlayan iki nəfərdən biri 5 kilo, digəri isə 2 kilo arıqlaya bilər. Aradakı fərq metabolizmin necə çalışmasından qaynaqlanır. Pəhriz müddətində 1.5-2 litr su içməyi unutmayın. Pəhrizlə yanaşı, idmanla məşğul olsanız, qoyduğunuz hədəfə daha tez çatarsınız.

Armud pəhrizi necə saxlanılır?

Armud pəhrizi 7 gün ərzində saxlanmalıdır. Pəhriz müddəti bitdikdən sonra sağlam qidalanmayla, o cümlədən idmanla çəkinizi qoruya bilərsiniz.

Armud pəhrizinin menüsü

Səhər: 1 kasa yulaf püresi və 1 ədəd armud (armudu diqqətlə yuduqdan sonra qabığını soymadan yeyin).

Saat 11:00-12:00: 2 yumurta və 1 kiçik boşqab göbələklə hazırlanmış omlet, 1 dilim tam taxıllı çörək və 1 ədəd armud.

Günorta: 1 porsiya toyuq sinəsi (pörtmüş və ya sobada bişmiş). Yanında pomidorlu yaşıl salat (yağsız və duzsuz), yarım porsiya alabalıq və 1 ədəd armud.

Saat 15:00-16:00: 1 ədəd armud.

Axşam: 1 porsiya yağsız qatıq və 1 ədəd armud.

Armud pəhrizi saxlamaq istəyənlər 7 gün ərzində eyni menünü tətbiq etməlidirlər. Pəhriz menüsündəki qidaların kalori dəyərləri hesablanaraq hazırlandığı üçün siyahıdakı qidalara dəyişiklik etmək olmaz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm