• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Dağ kəkotusunun orqanizmə faydaları

Dağ kəkotusunun orqanizmə faydaları

Dağ kəkotusu sağlam həyat arzulayanların yeni tapıntısıdır. Xalq təbabətində geniş şəkildə istifadə edilən bu bitki xəstəliklərdən qorunmaq üçün də ən çox istifadə edilən vasitələrdəndir.

Dağ kəkotusu, əslində, adi kəklikotu ilə eyni xüsusiyyətlərə malikdir. Amma ondan daha güclü təsir göstərir. İmmuniteti gücləndirir, soyuqdəyməyə yaxşı təsir edir, qripin qarşısını alır. Dağ kəkotusu spazmlara yaxşı təsir edir. Baş ağrısı, bağırsaq spazmı zamanı dağ kəkotusundan istifadə edə bilərsiniz. Bu bitki həm də güclü antiseptik və antibakterial təsirə malikdir. Buna görə də, kəkotu dəmləməsindən ağız boşluğu iltihabları üçün qarqara vasitəsi kimi istifadə edilir. Dağ kəkotusu bəlğəmgətiricidir. Öskürək, bronxit zamanı xəstənin vəziyyətini yaxşılaşdırır.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR